Almaniyada Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Auqust
Hanninq casusluq, dövlətə xəyanətə cəhd,
xarici dövlətin maraqları naminə kəşfiyyat fəaliyyəti aparmaq
şübhəsi ilə saxlanılıb. Bunu Almaniyanın Federal Prokurorluğu
oktyabrın 6-da bildirib.
Hanninq 1998-2005-ci illərdə BND-yə rəhbərlik edib, daha sonra
Daxili İşlər Nazirliyində dövlət katibi vəzifəsində çalışıb. İş
üzrə digər şübhəli şəxs Manfred D. İsə həm Hanninqin, həm
də ondan
sonrakı rəhbərlərin dövründə - 2026-cı ilin martınadək xidmətin
aparat rəhbəri olub. O, casusluqda və dövlətə xəyanətə cəhdə yardım
etməkdə ittiham olunur.
İstintaqın versiyasına görə, 2010-cu ilin yazında şübhəlilər
arasında razılaşma olub: Manfred D. pul qarşılığında BND-nin
kəşfiyyat məlumatlarını Hanninqə ötürməli, Hanninq isə bu
sənədlərdən özəl məsləhət xidmətlərində istifadə etməli idi.
Müstəntiqlərin qənaətinə görə, Hanninqə ümumilikdə iki minə yaxın
sənəd ötürülüb və onların böyük hissəsi məxfi məlumatlardan
ibarətdir.
Azərbaycan şübhəsi
Prokurorluq bildirir ki, Hanninq xarici kəşfiyyat əməkdaşı üçün
analitik arayış hazırlayarkən bu məxfi sənədlərdən istifadə edib.
O, həmçinin başqa bir xarici kəşfiyyat xidmətinin nümayəndəsi ilə
də sıx əlaqə saxlayaraq, ona qismən Manfred D.-dən aldığı
materiallara əsaslanan siyasi məlumatlar ötürüb.
"Bild" nəşrinin araşdırmasına görə, keçmiş kəşfiyyat rəhbərinin
təhlilləri məhz Azərbaycan kəşfiyyat xidməti üçün hazırladığı
ehtimal olunur. Hazırda müstəntiqlər məxfi məlumatların bura
ötürülüb-ötürülmədiyini araşdırırlar. Qeyd olunur ki, Hanninqin
Azərbaycan xüsusi xidmət orqanları ilə mümkün əlaqələrinə dair
şübhələr və əlamətlər getdikcə artır.
"Bild" həmçinin xatırladır ki, Hanninqin əvvəllər də Azərbaycanla
əlaqələri olub - o, Almaniya-Azərbaycan Forumunun idarə heyətinin
üzvü kimi fəaliyyət göstərib.
DW bu hadisəni "Almaniyada bu əsrin ən böyük casusluq qalmaqalı"
adlandırır və proseslərin real vaxt rejimində sürətlə inkişaf
etdiyini bildirir. Medianın yazdığına görə, bu istintaq hələ
2025-ci ilin sentyabrında sahibkar Kristina Blok və digər şəxslərin
işi üzrə - uşaq oğurluğu çərçivəsində Hanninqin evində aparılan
axtarışdan sonra başlayıb. Hanninq və Hamburq kriminal polisinin
keçmiş əməkdaşı 2022-ci ildə Blokdan uşaqlarının oğurlanması
sifarişini almaqda şübhəli bilinirlər.
Hanninqin vəkili oktyabrın 7-də "Der Spigel"ə bildirib ki,
müvəkkili "haqsız yerə cinayət təqibinə məruz qalır". Vəkil onun
məxfi məlumatları ötürməsi barədə iddiaların həqiqətəuyğun
olmadığını söyləyib.
4 il ərzində Rusiyaya 7 səfər
Hanninqin konkret hansı xarici dövlətlə əməkdaşlıqda ittiham
olunduğu hələlik rəsmən açıqlanmayıb. "Bild" yazır ki, o, dünyanın
müxtəlif ölkələrində təhlükəsizlik və biznes sahəsində məsləhətçi
işləyib, Rusiya və Çinin dövlət qurumları ilə əlaqələri olub.
Nəşrin məlumatına görə, Hanninq Latviyada direktorlar şurasının
üzvü olduğu "PNB Banka" ilə bağlı məhkəmə işinə görə pensiyasına
həbs qoyulduğu üçün maliyyə çətinlikləri çəkirmiş.
"The Insider" nəşri bildirir ki, Hanninq təkcə 2015-2019-cu illər
ərzində Rusiyaya yeddi dəfə səfər edib. Onun bəzi səfərləri bir
sutkadan az çəkib: axşam Moskvaya uçub, ertəsi gün isə dərhal geri
qayıdıb.
Hanninq oktyabrın 6-da səhər Münsterdə saxlanılıb. Bu şəhərdə,
eləcə də Berlində və Manfred D.-nin Bavariyadakı evində axtarışlar
aparılıb. Oktyabrın 7-də Hanninqin Federal Ali Məhkəmə qarşısına
çıxarılacağı gözlənilir.
BBC xatırladır ki, bu, BND-nin üzləşdiyi ilk analoji qalmaqal
deyil. 2023-cü ildə Almaniya kəşfiyyatının yüksək rütbəli əməkdaşı
dövlət sirlərini Rusiyaya ötürməkdə - dövlətə xəyanətdə ittiham
olunmuşdu. Prokurorların iddiasına görə, Karsten L. adlı həmin şəxs
Ukraynadakı müharibə və "Vaqner" muzdlu dəstəsi barədə kəşfiyyat
məlumatları ötürməyin qarşılığında təxminən 400 min avro (450 min
dollar) almışdı. Hazırda onun məhkəməsi gedir.
Media və Yayım Şurası: "Dezinformasiyadır"
Bu iddialara həm A.Hanninqin, həm də Azərbaycanın rəsmi
qurumlarının reaksiyası hələlik bəlli deyil.
Amma Azərbaycan Respublikası Media və Yayım Şurası bu məsələdə
Azərbaycanla bağlı şübhələrə münasibət bildirib.
"Almaniyanın Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Auqust
Hanninqlə bağlı aparılan istintaq çərçivəsində bir sıra xarici
media resurslarında Azərbaycanın adının hallandırılması ilə yayılan
məlumatlar dezinformasiya xarakteri daşıyır və son vaxtlar
Azərbaycana qarşı aparılan intensiv qarayaxma kampaniyasının tərkib
hissəsidir", - qurum vurğulayır.
"Bu dezinformasiya əməliyyatının arxasında duran
qüvvələrin çirkin niyyəti son dövrlərdə daha da inkişaf edən
Azərbaycan-Almaniya əlaqələrinə xələl vurmaqdır", -
açıqlamada əlavə edilir.
Bundestaq üzvü nəzarəti gücləndirməyə çağırır
Almaniya Bundestaqının üzvü Roderix Kiezevetter AzadlıqRadiosunun
sorğusuna cavabında belə bir hadisənin gözlənilən olduğunu yazır.
O, keçmiş dövlət qulluqçularının xidmətdən ayrıldıqdan sonra
məsləhətçi kimi öz bilik və əlaqələrini təklif etdikləri barədə
tez-tez məlumatlar yayıldığını qeyd edir. Deputat xatırladır ki,
kəşfiyyat xidmətlərinə nəzarət edən Parlament Nəzarət Komissiyası
2023-cü ildə təhlükəsizlik sahələrində çalışmış keçmiş dövlət
qulluqçularının fəaliyyətini sərt tənqid edib, daha ciddi nəzarət
və icazə prosedurlarına çağırıb.
R.Kizevetter Almaniyada “təsir agentləri” adlandırılan şəxslərin
çox geniş şəbəkəsinin olduğunu deyir:
“Onlar bir çox hallarda vəzifədə ikən qazandıqları
əlaqə və biliklərdən xarici dövlətlərin, xüsusilə Rusiya və Çinin
maraqları naminə təsir göstərmək üçün istifadə edirlər. Bu
fəaliyyət məsləhətçi şəbəkələri adlandırılan strukturlar daxilində
də həyata keçirilir. Bu şəbəkələr daha dərindən araşdırılmalı,
fəaliyyətlərinin qarşısı alınmalı və ən əsası, ictimaiyyətə
açıqlanmalıdır”.
Deputat Almaniyanın təcili tədbirlər görməli olduğunu vurğulayır.
Onun fikrincə, Bundesverdə, kəşfiyyat xidmətlərində,
təhlükəsizliklə bağlı nazirliklərdə və polisdə çalışmış keçmiş
dövlət qulluqçuları üçün yoxlama və icazə prosedurları yenidən
sərtləşdirilməlidir. Deputat casusluq və dövlətə xəyanət hallarını
daha tez üzə çıxarmaq üçün maliyyə kəşfiyyatı sahəsi daxil olmaqla,
daha təsirli araşdırma vasitələrinin gərəkdiyini bildirir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.