Gürcüstanda qanuni əsas olmadan olan 64 xarici ölkə vətəndaşı saxlanılıb
Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları ölkə üzrə xüsusi immiqrasiya nəzarəti tədbirləri keçiriblər. Tədbirlər nəticəsində 64 xarici ölkə vətəndaşı saxlanılıb.

Saxlanılanlar arasında İordaniya, Pakistan, Türkiyə, Rusiya, Hindistan, Banqladeş, Azərbaycan, Türkmənistan, Çin, Tailand və Özbəkistan vətəndaşları var.

Qurumun məlumatına görə, xüsusi immiqrasiya nəzarəti tədbirləri çərçivəsində departament əməkdaşları müxtəlif əraziləri və təyinatlı obyektləri yoxlayıblar. Tədbirlərin məqsədi Gürcüstanda qanuni əsas olmadan olan xarici ölkə vətəndaşlarını aşkar etmək olub.

Müəyyən edilib ki, saxlanılan şəxslər “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Gürcüstan qanununda müəyyən edilmiş tələbləri pozublar.

Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzindədirlər. Onların Gürcüstandan deportasiya edilməsi üçün müvafiq prosedurlar aparılır.

Daxili İşlər Nazirliyinin məlumatına görə, qanunvericilik dəyişiklikləri qüvvəyə mindikdən bu günədək Miqrasiya Departamentinin əməkdaşları xüsusi immiqrasiya nəzarəti tədbirləri çərçivəsində ümumilikdə 20 000-dən çox xarici ölkə vətəndaşını yoxlayıblar.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec
olmadan mübarizə aparaq.

Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google