Rusiya oktyabrın 9-na keçən gecə Ukrayna ərazisinə 136 dron
buraxıb. Ukrayna tərəfi onlardan 114-nün hava
hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirir.
Səhər saatlarında Rusiya Zaporojyeyə kütləvi hava zərbəsi endirib.
Hücum nəticəsində bir kişi həlak olub, səkkiz nəfər yaralanıb.
Yaralananlar arasında uşaq və polis əməkdaşının da olduğu
bildirilir.
Zərbələr nəticəsində Zaporojyedəki yaşayış binalarına ciddi ziyan
dəyib.
Kiyev vilayətində isə hücumlar səbəbindən anbarlar alışıb yanıb, üç
nəfər xəsarət alıb. Bir qadının dağıntılar altında axtarışı davam
etdirilir.
Paytaxt Kiyevdə isə dünəndən bəri elektrik enerjisinin verilişində
fasilələr yaranıb və ictimai nəqliyyatın hərəkəti
məhdudlaşdırılıb.
8 oktyabr
Rusiyanın Kramatorska zərbəsi nəticəsində azı 30 nəfər həlak
olub
Rusiyanın oktyabrın 8-də Kramatorska endirdiyi zərbə nəticəsində
ölənlərin sayı 33 nəfərə çatıb. İlkin məlumatlara görə, azı 18
nəfər yaralanıb. Əvvəl 12 nəfərin öldüyü, 19 nəfərin yaralandığı
bildirilirdi. Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri
Vadim Filaşkin şəhər avtobuslarının hücuma məruz qaldığını
açıqlayıb.
Hadisə saat 10:00 radələrində baş verib. Donetsk vilayət
prokurorluğunun məlumatına görə, zərbənin mərkəzində iki marşrut
avtobusu olub. Hücumda modernləşdirilmiş idarəolunan UMPB D-30 SN
aviabombasından istifadə edildiyi bildirilir.
Filaşkinin və prokurorluğun yayımladığı fotolarda hər iki avtobusun
tamamilə yandığı görünür.
Donetsk administrasiyasının rəhbəri vilayət sakinlərini Ukraynanın
daha təhlükəsiz bölgələrinə təxliyə olunmağa çağırıb.
Zərbədən sonra Filaşkin Kramatorsk və Slavyansk şəhərlərində
ictimai nəqliyyatın fəaliyyətini dayandırmaq barədə göstəriş
verib.
Ukrayna hakimiyyəti Rusiya ordusunun mülki infrastruktura
zərbələrini hərbi cinayət adlandırır. Moskva isə mülki
infrastruktura məqsədyönlü hücumlar etmədiyini bildirir.
Ukraynada beşmərtəbəli binaya zərbədə ölənlərin sayı 22-yə
çatıb
Ukraynanın Priluki şəhərində beşmərtəbəli yaşayış binasına raket
zərbəsi nəticəsində ölənlərin sayı 22 nəfərə yüksəlib. Bu barədə
Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat verib.
Rusiya oktyabrın 7-də səhər tezdən Prilukidəki binaya raket zərbəsi
endirib. Çerniqov vilayətinin hərbi administrasiyasının rəhbəri
Vyaçeslav Çaus həmin vaxt insanların hələ yatdığını bildirib.
Hadisə yerində axtarış-xilasetmə işləri bütün gecə davam edib.
Yeddisi uşaq olmaqla, 54 nəfər yaralanıb. Dağıntılar altından biri
uşaq olmaqla, 15 nəfəri sağ çıxarmaq mümkün olub.
Ukrayna hakimiyyəti və beynəlxalq təşkilatlar Rusiya ordusunun
Ukrayna şəhərlərinə və mülki infrastruktura zərbələrini hərbi
cinayət sayır, onların məqsədyönlü olduğunu vurğulayırlar. Rusiya
isə mülki infrastrukturu hədəfə almadığını bildirir.
Rusiyaya dron zərbələri
Ukraynanın monitorinq kanalları Ryazan
vilayətindəki "Yandex DS"
data mərkəzinə və Başqırdıstandakı "Qazprom neftxim Salavat" neft
emalı zavoduna hücum barədə məlumat yayıb.
"Astra" müəyyən edib ki, Ryazandakı yanğın "Sasta" dəzgahqayırma
zavodunun ərazisində baş verib. Məlumata görə, "Yandex DS" məlumat
mərkəzi də həmin kompleksdə yerləşir. "Yandex" şirkəti "Yandex
Cloud" bulud platformasının xüsusi zonasında elektrik təchizatında
fasilələr yarandığını, insidentin nəticələrini aradan qaldırmaq
üçün iş aparıldığını bildirib. Hücumdan sonra "Yandex"in bir sıra
xidmətlərinin işində nasazlıqlar qeydə alınıb. "Dojd" telekanalı
qeyd edib ki, Rusiya internet məkanındakı bəzi digər resurslara, o
cümlədən "Postmypost" avtomatik paylaşım platforması və
"Komsomolskaya pravda" nəşrinin regional versiyasına girişdə
problemlər yaranıb.
"Astra"nın məlumatına görə, Başqırdıstandakı yanğın böyük ehtimalla
Rusiyanın ən iri neft emalı və neft-kimya komplekslərindən olan
"Qazprom neftxim Salavat" zavodunun ərazisində qeydə alınıb. Bu
müəssisə əvvəllər də dəfələrlə Ukrayna dronlarının hücumlarına
məruz qalıb, fəaliyyətini dayandırmalı olub. Zavod Ukrayna
sərhədindən təxminən 1400 kilometr məsafədə yerləşir.
Rusiya Müdafiə Nazirliyi ölkənin bir sıra vilayətləri, Moskva
regionu, Başqırdıstan, ilhaq edilmiş Krımın, eləcə də Qara dəniz
üzərində Ukraynaya məxsus 399 dronun vurulduğunu açıqlayıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.