Gürcüstanda orta əməkhaqqı 2 165 lariyədək artıb - ən yüksək maaş hansı sektorlardadır?

2025-ci ildə Gürcüstanda muzdla çalışanların orta aylıq nominal əməkhaqqı ötən illə

müqayisədə 9,9 faiz (194,5 lari) artaraq 2 165,2 lari təşkil edib – bu barədə Milli Statistika Xidmətinin hesabatında qeyd olunub.

2025-ci ildə ötən illə müqayisədə əməkhaqqı artımı demək olar ki, bütün sektorlarda qeydə alınıb. Fəaliyyət növlərinə görə ən yüksək əməkhaqqı aşağıdakı sahələrdə olub:

  • Maliyyə və sığorta fəaliyyəti – 4 123,6 lari (ötən illə müqayisədə 12,1 faiz artıb);
  • İnformasiya
    və komunikasiya – 4 042,6 lari (ötən illə müqayisədə 3,0 faiz artıb);
  • Tikinti – 3 026,1 lari (ötən illə müqayisədə 13,5 faiz artıb).

Bununla yanaşı, Sakstat-ın məlumatına görə, 2025-ci ildə qadınların orta aylıq əməkhaqqı 1 743,4 lari, kişilərin isə 2 586,5 lari təşkil edib. Qadınların əməkhaqqı ötən illə müqayisədə 151,8 lari (9,5%), kişilərin əməkhaqqı isə 245,9 lari (10,5%) artıb. Fəaliyyət növlərinə görə kişilərin orta aylıq əməkhaqqı demək olar ki, bütün sektorlarda qadınların orta aylıq əməkhaqqını üstələyib.

2025-ci ildə dövlət sektorunda əməkhaqqı 12,8 faiz, qeyri-dövlət sektorunda isə 8,7 faiz artaraq müvafiq olaraq 1 895,4 və 2 301,0 lari təşkil edib. 2025-ci ildə muzdla çalışanların orta aylıq nominal əməkhaqqı dövlət sektorunda qeyri-dövlət sektoru ilə müqayisədə 405,6 lari (17,6%) az olub.

"2025-ci ildə muzdla çalışanların orta aylıq əməkhaqqı sahibkarlıq (biznes) sektorunda 173,9 lari (8,6%) artaraq 2 198,4 lari təşkil edib. Fəaliyyət növlərinə görə ən yüksək əməkhaqqı informasiya və komunikasiya (4 097,1 lari, ötən illə müqayisədə 2,2 faiz artıb), həmçinin peşə, elmi və texniki fəaliyyətlər (3 340,7 lari, ötən illə müqayisədə 6,1 faiz artıb) sahəsində qeydə alınıb.

2025-ci ildə qeyri-sahibkarlıq və maliyyə sektorunda orta aylıq əməkhaqqı ötən illə müqayisədə 233,7 lari (12,5%) artaraq 2 100,5 lari təşkil edir. Fəaliyyət növlərinə görə nisbətən yüksək əməkhaqqı maliyyə və sığorta fəaliyyəti sahəsində çalışanlardadır",
– Sakstat-ın məlumatlarında qeyd olunub.

Orta əməkhaqqı ən yüksək Tbilisi (2 565 lari) və Msxeta-Mtianeti regionunda (1 975 lari), ən aşağı isə Raça-Leçxumi və Kvemo Svanetidədir (1 138 lari).

 

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google