Paşinyan: Əminəm ki, Ermənistan “ikinci Ukrayna” olmayacaq
Ermənistanın baş naziri Nikol Paşinyan əmindir ki, Ermənistan “ikinci Ukrayna” olmayacaq. O, bu barədə Fransanın beynəlxalq radiosu RFI-yə müsahibəsində danışıb. Müsahibədə Ermənistan-Rusiya münasibətləri və Avropa İttifaqı ilə yaxınlaşma prosesi müzakirə olunub.

Jurnalist Paşinyandan Rusiya siyasətçilərinin Ermənistanın “ikinci Ukrayna”ya çevrilə biləcəyi ilə bağlı xəbərdarlıqlarının onu narahat edib-etmədiyini soruşub.

“Düşünmürəm”, – Paşinyan cavab verib. Bunun baş verməyəcəyinə əmin olub-olmadığı
barədə suala isə “Bəli, belə düşünürəm və əminəm”, – deyə bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistanın məqsədi heç vaxt Rusiya ilə münasibətləri kəsmək və ya pisləşdirmək olmayıb və hazırda da belə bir məqsəd yoxdur.

“Əksinə, biz Rusiya ilə münasibətləri inkişaf etdirmək istəyirik”, – deyə o bildirib.

Bununla yanaşı, Ermənistanın baş naziri regionda dəyişən vəziyyətə görə Ermənistan-Rusiya münasibətlərinin əvvəlki kimi ola bilməyəcəyini qeyd edib.

“Baş verənlərə və siyasi rəhbərliyə baxmayaraq, Rusiya ilə münasibətlərimiz əvvəlki kimi ola bilməz. Nə dəyişib? Əvvəllər Azərbaycanla münaqişəmiz var idi, indi isə sülhümüz var”,
– Paşinyan deyib.

Paşinyan Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma prosesi ilə paralel olaraq Rusiya ilə yaxşı münasibətləri qoruyub saxlamaq niyyətində olduğunu da təsdiqləyib.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev oktyabrın 4-də İranın dövlət yayım qurumuna verdiyi müsahibədə Ermənistan rəhbərliyinin ölkənin inkişaf istiqamətini dəyişməsinin yaxşı nəticələr verməyəcəyini bildirib. Onun sözlərinə görə, Ermənistan üçün ən pis ssenari “yeni Ukrayna”ya çevrilmək olardı.

Ermənistan 2025-ci ildə Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun qəbul edib. Paşinyanın izahına görə, Avropa İttifaqına üzvlük ölkə üçün mümkün seçimlərdən biridir, lakin bunun üçün Ermənistan mühüm islahatlar həyata keçirməlidir. O, həmçinin qeyd edib ki, Avropa İttifaqına üzvlük üçün müraciət etmək özlüyündə məqsəd deyil.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google