Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Vladimir Putin
Ukraynaya zərbələri yalnız seçki günü dayandırmağa hazırdır.
Peskov iddia edib ki, Kiyevə 60 günlük atəşkəs seçki keçirmək üçün
deyil,
“yaralarını sağaltmaq və müharibəni davam
etdirmək üçün” lazımdır.
“Prezident bu barədə artıq danışıb. Lakin bu halda onun
adından tam məsuliyyətlə bəyan edə bilərəm ki, əgər Kiyev həqiqətən
seçki keçirmək istəyirsə, Rusiya prezidenti ali baş komandan kimi
hərbçilərə seçki günü Ukraynaya zərbələr endirməmək barədə əmr
verməyə hazır olacaq. Məhz seçki günü – bu, çox vacib
dəqiqləşdirmədir”, – Peskov bildirib.
Kremlin sözçüsünün sözlərinə görə, Putin müvəqqəti atəşkəs deyil,
“uzunmüddətli sülh” istəyir.
“Bizə atəşkəs yox, nəsillər boyu davam edəcək
uzunmüddətli sülh lazımdır”, – deyə o bildirib.
ABŞ prezidenti Donald Tramp oktyabrın 10-da Ukraynanın yeni
prezidentinin olmasının vaxtının çatdığını bəyan edib.
Tramp bildirib ki, Volodimir Zelenski
“dünya üçün
problemlər yaratmaq istəyir”, çünki o, Rusiyanın neft
emalı zavodlarına hücumlara icazə verməkdə davam edir.
“Lənət olsun, bunu dayandırmalıdır”, –
Tramp deyib. Daha sonra o, Ukraynanın
“razılaşma əldə
edə biləcək yeni lider seçməli” olduğuna işarə
edib.
Buna cavab olaraq Ukrayna prezidenti Volodimir Zelenski bildirib
ki, Rusiya prezidenti 60 günlük atəşkəslə razılaşarsa, Ukrayna
seçki keçirəcək.
Zelenskinin sözlərinə görə, o, Trampın komandasına bildirib ki,
əgər onlar həqiqətən Ukraynada seçki keçirilməsini istəyirlərsə,
“xahiş edirəm, Putinə deyin ki, bizə iki ay, tam
atəşkəs üçün 60 gün versin. 60 gün və biz seçki keçirəcəyik.
Əlbəttə, xalqımızın, konkret olaraq Ukrayna xalqının edəcəyi
istənilən seçimə hazır olacağıq”.
Zelenski bunu ABC News-a müsahibəsində deyib.
Ukrayna prezidentinin bəyanatına görə, prezident Trampa hörmətlə
yanaşmasına baxmayaraq, ölkənin hansı lideri seçəcəyindən Ukrayna
cəmiyyəti və xalqı asılıdır.
“Bəli, biz müharibədəyik və seçki keçirmək həqiqətən
çətin məsələdir. Söhbət yalnız təhlükəsizlik təminatlarının
olmamasından, qanunvericilik və ya Konstitusiyanın çərçivələrindən
kənara çıxmaqdan getmir. Əsas məsələ insanların səs verə bilməsi
üçün müvafiq təhlükəsizlik infrastrukturunun
mövcudluğudur”, – Zelenski qeyd edib.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.