Avropanın bəzi ölkələri Qırğızıstana ixtisaslı qırğızıstanlıların
Avropada işə düzəldilməsi qarşılığında Əfqanıstandan və Afrika
ölkələrindən miqrantları qəbul etməyi təklif edib.
24.kg Bişkekin bu şərtləri rədd etdiyini xəbər verir. Bunu
Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev oktyabrın 13-də
parlamentin beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və
miqrasiya komitəsinin iclasında bildirib.
“Belə bir imkan varsa, qoy vətəndaşlarımız gedib
işləsinlər. Amma bu şərtlərlə məqsədyönlü danışıqlar
aparmayacağıq”, – Kulubayev deyib.
Nazir bu şərtləri irəli sürən Avropa ölkələrinin adlarını
açıqlamayıb.
“Azattyq Asia” yazır ki, bundan əvvəl Qazaxıstan və Özbəkistanla
bağlı oxşar təşəbbüslər haqda xəbərlər yayılmışdı. “Politico”
diplomatik mənbələrə istinadla yazmışdı ki, Avropa İttifaqı (Aİ) bu
iki ölkədə Avropada sığınacaq verilməyən miqrantlar üçün saxlama
mərkəzlərinin qurulmasını nəzərdən keçirir. Miqrantları qəbul edən
ölkələrə bunun qarşılığında maliyyə yardımı və ya viza güzəştləri
təklif oluna bilərdi.
Qazaxıstan belə mərkəzlərlə bağlı danışıqlar apardığını rəsmən
təkzib edib. Xarici İşlər Nazirliyinin təmsilçisi Astananın Aİ ilə
readmissiya sazişi çərçivəsində viza rejiminin sadələşdirilməsini
müzakirə etdiyini söyləyib. Rəsmiyə görə, söhbət Qazaxıstanın
ölkədən qanunsuz çıxmış vətəndaşlarını geri qəbul etmək
öhdəliyindən gedirdi.
Özbəkistanla bağlı ictimai açıqlamalarda isə qanuni əmək
miqrasiyası, Almaniyada qalmaq hüququ olmayanların geri
qaytarılmasından bəhs olunurdu. 2024-cü ilin sentyabrında miqrasiya
sazişi imzalanandan sonra Almaniyanın ovaxtkı kansleri Olaf Şolts
ixtisaslı işçilərin cəlbindən, geri qaytarılma prosedurlarının
sadələşdirilməsindən danışmışdı.
Əfqanıstan vətəndaşlarının deportasiyası ilə bağlı danışıqlar
barədə Şolts demişdi ki, tərəflər əməkdaşlıq məsələlərini məxfi
müzakirə edir. Daşkəndin özbəkistanlıların işə düzəldilməsi
qarşılığında üçüncü ölkə vətəndaşlarını qəbul etməyə razılaşması
iddiaları təsdiqlənməmişdi.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.