Tea Tsulukian Nanuka Jorjolianiyə Ali Məhkəmədə də qalib gəlib
Tea Tsulukian Nanuka Jorjolianiyə qarşı məhkəmə mübahisəsini Ali Məhkəmədə də udub. Bu barədə məlumatı Nanuka Jorjolian özü yayıb.

İddia Jorjolianın 2025-ci il aprelin 12-də Facebook-da paylaşdığı posta aid olub. Həmin paylaşımda teleaparıcı Tsulukianın atası, hakim Avtandil Tsulukianın konkret şəxslərə güllələnmə hökmü çıxardığını yazıb və siyahı dərc edib.

Tea Tsulukian məhkəmədən Jorjolianın paylaşımındakı aşağıdakı ifadənin böhtan kimi tanınmasını tələb edib: “Tsulukianın atası aşağıdakı şəxsləri güllələyib (siyahı dəqiqləşdirilmiş iddiada təqdim olunub)”.

Tsulukian eyni paylaşımda yer alan digər bir ifadənin də böhtan kimi
tanınmasını istəyib: “Bu, ölüm hökmünün ləğv edildiyi keçid dövrü idi və hakim Tsulukian başqa bir ali cəza tətbiq edə bilərdi”.

Nanuka Jorjolianın müdafiə tərəfi isə məlumatı açıq mənbələrdən əldə etdiyini və paylaşımının ifadə azadlığı ilə qorunan sahəyə aid olduğunu bildirib.

Nanuka Jorjolian oktyabrın 13-də yayımladığı videoda da eyni mövqeyi təkrarlayıb və 2025-ci ildə etdiyi paylaşımı müdafiə edib.

Onun sözlərinə görə, Ali Məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə – Strasburqa şikayət verməyi planlaşdırır.

Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print Email
FaceBook Twitter Google