Sakstat: Yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi 20,5 milyard dollar olub
2026-cı ilin yanvar-sentyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi, bəyan edilməmiş ticarət nəzərə alınmadan, 20,5 milyard ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 9,2% çoxdur.

Sakstatın ilkin məlumatlarına görə, ixrac 19,6% artaraq 6,15 milyard dollara, idxal isə 5,3% artaraq 14,38 milyard dollara çatıb.

Hesabat dövründə Gürcüstanın mənfi ticarət balansı 8,23 milyard dollar
təşkil edib. Bu, ümumi xarici ticarət dövriyyəsinin 40,1%-nə bərabərdir. İxrac idxaldan daha sürətlə artsa da, Gürcüstandan ixrac olunan malların dəyəri ölkəyə idxal edilən malların dəyərindən xeyli aşağı olaraq qalır.

Sakstatın məlumatına görə, göstəricilər ilkin xarakter daşıyır. Gürcüstanın xarici ticarəti ilə bağlı ətraflı məlumatlar cari il oktyabrın 19-da dərc olunacaq.

Mənbə: news.on.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google