Milli Bankın rəqəmsal lari buraxmaq hüququ olacaq — qanunvericilik dəyişikliyi
“Gürcüstan Milli Bankı haqqında” üzvi qanuna dəyişikliklər edilir. Bu dəyişikliklər rəqəmsal larinin buraxılmasını və onun hüquqi statusunun müəyyənləşdirilməsini nəzərdə tutur.

Qanunvericilik dəyişiklikləri ilə qanuna “rəqəmsal pul” anlayışı daxil edilir və Milli Bankın səlahiyyətləri dəqiqləşdirilir.

Qanunvericilik dəyişikliyinə əsasən, yalnız Gürcüstan Milli Bankı lari əskinaslarını, sikkələrini və onların rəqəmsal versiyasını hazırlamaq və Gürcüstan ərazisində dövriyyəyə buraxmaq hüququna malik olacaq. Bununla yanaşı, Milli Bank larinin rəqəmsal versiyasına dair müəlliflik hüquqlarının da sahibi
olacaq.

Dövriyyəyə buraxılmış və ya realizə edilmiş rəqəmsal lari nominal dəyəri üzrə Milli Bankın qeyd-şərtsiz öhdəliyi olacaq.

Qanunvericilik dəyişikliyi Avropa İttifaqına üzv ölkələrin və dünyanın digər qabaqcıl dövlətlərinin təcrübəsinə uyğun olaraq, Milli Bankın müxtəlif pilot layihələr həyata keçirməsi üçün hüquqi əsas yaradır.

“Gürcüstan Milli Bankının gələcəkdə də ayrı-ayrı layihələri daha fəal həyata keçirmək hüququna malik olması üçün rəqəmsal larinin hüquqi statusunun müəyyənləşdirilməsi zəruridir. Bu, maliyyə innovasiyalarının tətbiqi istiqamətində Gürcüstanın maliyyə sisteminin regionda mövqeyinin daha da güclənməsinə kömək edəcək”, — deyə qanun layihəsinin izahat qeydində bildirilir.

Qanun layihəsinin müəllifləri və təşəbbüskarları “Gürcü Arzusu” partiyasının deputatları Paata Kviçinadze, İrakli Xeladze, Bejan Tsak adze, Levan Maçavariani, Qiorqi Barvenaşvili, Zurab Rurua və İlia İnciyadır.

Təşəbbüskarlar qanun layihəsinə sürətləndirilmiş qaydada baxılmasını tələb ediblər.

Mənbə: news.on.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google