Levan Maçavariani: “Mamuka Mdinaradzenin korrupsiyaya göz yummasını istisna edirəm”
“Gürcü Arzusu” partiyasının deputatı Levan Maçavariani Mamuka Mdinaradzenin siyasətdən biznesə keçməsinə münasibət bildirib. O, Mdinaradzeni fərqli lider kimi qiymətləndirib və ölkədə sülhün qorunmasında onun böyük xidmətinin olduğunu deyib. Maçavarianinin sözlərinə görə, Mdinaradze siyasətdə uğurlu olduğu kimi, biznesdə də uğur qazanacaq.

“Mamuka Mdinaradze komandanın seçilən liderlərindən biri idi. O, əlbəttə ki, stresslə bağlı olan çoxsaylı qərarlar qəbul etməli
olurdu. Ölkədə qorunub saxlanılan sülhün təmin olunmasında onun da böyük rolu olub. Bu, ilk növbədə, Bidzina İvanişvilinin rəhbərliyi altında bütün komandanın xidmətidir. Bununla belə, Mamuka Mdinaradzenin bu işdə töhfəsi çox böyük olub.

O, biznesə keçib və təbii ki, ona uğurlar arzulayırıq. Əminəm ki, siyasətdə olduğu kimi, biznesdə də çox uğurlu olacaq”,
— deyə Maçavariani “Formula” teleşirkətinin jurnalisti ilə söhbətində bildirib.

“Azadlıq Radiosu”nun jurnalist araşdırmasına gəlincə, araşdırmada Mdinaradzenin Nana Keinişvilinin ehtimal olunan korrupsiya əməllərindən xəbərdar olduğu bildirilir. Maçavariani bu məsələ ilə bağlı mühakimə yürütmək üçün araşdırmaya və sübutların toplanmasına vaxt lazım olduğunu deyib. Bununla yanaşı, o bildirib ki, Mdinaradzenin ölkəsinə vicdanla xidmət etdiyini yüz faiz əminliklə söyləyə bilər və onun korrupsiyaya göz yumması ehtimalını istisna edir.

“Bilmirəm, bu müzakirəyə qoşula bilmərəm. Elə məsələlər var ki, onların araşdırılması müəyyən vaxt tələb edir, sübutların toplanması da vaxt aparır. Mən bunu ümumi mənada deyirəm.

Yüz faiz əminliklə deyə bilərəm ki, Mamuka Mdinaradze öz ölkəsinə vicdanla xidmət edib. Onun korrupsiyaya göz yumması ehtimalını isə istisna edirəm”,
— deyə Maçavariani bildirib.

Məlumat üçün bildirək ki, “Azadlıq Radiosu”nun oktyabrın 9-da dərc etdiyi jurnalist araşdırmasına əsasən, Mamuka Mdinaradzenin Nana Keinişvilinin ehtimal olunan korrupsiya fəaliyyəti ilə əlaqəsi onun Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri olduğu dövrdə Keinişvilinin mümkün qanun pozuntuları barədə məlumatlandırılması ilə üzə çıxıb. Lakin nəşrin məlumatına görə, bu məktuba heç bir reaksiya verilməyib.

Mamuka Mdinaradze siyasətdən getdiyini 2026-cı il avqustun 27-də açıqlayıb. Həmin gün o, regional inkişaf naziri vəzifəsindən də istefa verib.

Mamuka Mdinaradze 2025-ci ilin sentyabrından 2026-cı ilin aprelinədək Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri olub. 2026-cı ilin aprelindən avqustunadək isə hüquq-mühafizə orqanları ilə koordinasiya məsələləri üzrə dövlət naziri və regional inkişaf naziri vəzifələrini tutub.

Bundan əvvəl, 2024-cü ildən 2025-ci ilin sentyabrınadək “Gürcü Arzusu”nun parlament çoxluğunun lideri olub. 2016-cı ildən isə Gürcüstan parlamentinin deputatı idi.

Mənbə: news.on.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google