Marneuli bağçalarına paylanmaq üçün gigiyena vasitələri alınıb
Marneuli uşaq bağçaları birliyi gigiyena vasitələrini sadələşdirilmiş qaydada 2 949 lariyə alıb.

Marneuli bələdiyyəsinin ərazisindəki uşaq bağçalarını birləşdirən qurum yuyucu, təmizləyici və gigiyena vasitələrinin alınması məqsədilə “Qamma-Q” MMC ilə sadələşdirilmiş müqavilə bağlayıb. Satınalmanın ümumi dəyəri 2 949 lari təşkil edib.

Dövlət Satınalmaları portalında dərc olunan müqavilə və ona əlavə edilmiş sənədlərə əsasən, aşağıdakı məhsullar alınıb:
  • Tualet təmizləyici geli (“Domestos”) – 50 ədəd, ümumi dəyəri 675 lari;
  • Tualet təmizləyici məhlul (“ACE”) – 50 ədəd, ümumi dəyəri 400 lari;
  • Qab yuma geli – 70 ədəd, ümumi dəyəri 455 lari;
  • Yuyucu toz (“ABC avtomat”, 9 kq) – 10 ədəd, ümumi dəyəri 290 lari;
  • Zibil torbaları (35 və 60 litr) – ümumi dəyəri 323 lari;
  • Təmizlik və döşəmə üçün parçalar – ümumi dəyəri 466 lari;
  • Toz və qab yuma süngərləri – ümumi dəyəri 340 lari.
Müqaviləni bağçalar birliyinin direktoru Zaur Kərəmov və “Qamma-Q” MMC-nin direktoru Ana Nozadze imzalayıblar.

Məhsullar Marneulidə, Ağaşenebeli küçəsi 27 ünvanına çatdırılmalı idi. Çatdırılma üçün son tarix 2026-cı il oktyabrın 7-si müəyyən edilmişdi.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər