Mixeil Saakaşvili: “Əliyev hicabı qadağan etdi... İran isə gürcüstanlı azərbaycanlıları radikal islamlaşdırır”
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili cəzaçəkmə müəssisəsindən sosial şəbəkədə yayımladığı bəyanatda Azərbaycanda qəbul edilən yeni qərara münasibət bildirib. Sözügedən qərara əsasən, məktəblərdə vahid məktəbli forması məcburi edilib ki, bu da təhsil müəssisələrində baş örtüsü və hicabın taxılmasını qadağan edir.

Saakaşvilinin qiymətləndirməsinə görə, məktəblərdə uşaqların hicab taxmasının qadağan edilməsi İlham Əliyevin Azərbaycanın dünyəvi dövlət kimi möhkəmlənməsi və islamçıların
təsirinin qarşısının alınması istiqamətində atdığı çox mühüm addımdır.

Keçmiş prezident bəyanatında İranın siyasətinə də diqqət çəkərək, Tehranın regionda radikallaşmanı təşviq etməyə çalışdığını qeyd edib:

“Bu arada, artıq Azərbaycana müdaxilə edə bilməyən İran Gürcüstan azərbaycanlılarının radikal islamlaşdırılmasını fəal şəkildə həyata keçirir ki, bu da Gürcüstanın dövlətçiliyi və ərazi bütövlüyü üçün böyük təhlükə yaradır. Buradakı islamçılar həm Gürcüstana, həm Azərbaycana, həm də bütün regiona təhlükə törədirlər”, — deyə Mixeil Saakaşvili yazır.

Xatırladaq ki, Azərbaycanın təhsil sistemində qüvvədə olan qaydalara əsasən, bütün dövlət məktəblərində şagirdlər üçün vahid məktəbli forması məcburidir ki, bu da tədris prosesində dini atributların və baş örtüsünün istifadəsini istisna edir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google