Abxaziyanın de-fakto Xarici İşlər Nazirliyi Gürcüstanın abxaz
idmançıların beynəlxalq idman tədbirlərində iştirakını
siyasiləşdirməyə çalışdığını bildirir.
Qurum bu barədə Domino üzrə Beynəlxalq Federasiyanın 2027-ci il
dünya çempionatının Abxaziyada keçirilməsi barədə qərarından sonra
bəyanat yayıb.
De-fakto Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki,
beynəlxalq idman tədbirləri xalqlar arasında dostluq əlaqələrinin
möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı üçün mühüm
vasitədir.
“İdman siyasi konyunkturadan kənarda qalmalıdır. Lakin
Gürcüstan dəfələrlə abxaz idmançıların beynəlxalq tədbirlərdə
iştirakını siyasi müstəviyə keçirməyə çalışır”, –
deyə bəyanatda bildirilir.
Qurumun iddiasına görə, bu cür yanaşmalar beynəlxalq idman
əməkdaşlığının ruhuna və humanitar əlaqələrin prinsiplərinə
ziddir.
Abxaziyanın de-fakto Xarici İşlər Nazirliyinin məlumatına görə,
2027-ci il dünya domino çempionatının Abxaziyada keçirilməsi barədə
qərar Domino üzrə Beynəlxalq Federasiyanın Baş Assambleyası
tərəfindən 8 oktyabr 2026-cı ildə yekdilliklə qəbul edilib.
Qurumun bildirdiyinə görə, İspaniyada keçirilən 2026-cı il dünya
çempionatında iştirakçılara Abxaziya haqqında videoçarx nümayiş
etdirilib. Həmçinin Domino üzrə Beynəlxalq Federasiyanın bayrağının
təhvil verilməsi mərasimi keçirilib. İspaniya bayrağı növbəti
çempionatın ev sahibi kimi Domino üzrə Abxaziya Federasiyasına
təqdim edib.
Gürcüstan Domino Federasiyasının prezidenti Badri Mantskavanın
sözlərinə görə, federasiya Domino üzrə Beynəlxalq Federasiyaya
məktub göndərərək Abxaziyanın Gürcüstan ərazisi olduğunu izah
edib.
Mantskavanın bildirdiyinə görə, Gürcüstan federasiyası dünya
çempionatında iştirak etməyi planlaşdırmır. Buna səbəb Abxaziyanın
beynəlxalq federasiyanın saytında ayrıca üzv kimi təqdim
olunmasıdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.