Samirə Bayramova Mixeil Saakaşviliyə cavab verib
"Geosiyasi təhlükənin müzakirəsinin gürcüstanlı azərbaycanlıların kollektiv şübhəli bilinməsinə çevrilməsi qəbulolunmazdır"

Hüquq müdafiəçisi Samirə Bayramova sosial şəbəkədə geniş paylaşım edərək Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin bəyanatına cavab verib. Bayramovanın sözlərinə görə, Saakaşvilinin bəyanatı belə bir təəssürat yaradır ki, sanki müsəlman kimliyi və ya azərbaycanlı mənşəyi özlüyündə təhlükəsizlik problemidir ki, bu da tamamilə qeyri-adekvat yanaşmadır.

Hüquq müdafiəçisi Saakaşvilinin hakimiyyəti
dövrünü xatırladaraq ona birbaşa suallar ünvanlayır:

“Cənab Mixeil Saakaşvili, əgər Gürcüstanda yaşayan azərbaycanlılara İranın təsiri sizi narahat edirdisə, bəs niyə 2011-ci ildə “Əl-Mustafa”ya Gürcüstanda rəsmi fəaliyyət göstərmək hüququ verdiniz? Partiyanızın regiondakı nümayəndəsi və namizədi həmişə yönümlü idi və siz bunu çox yaxşı bilirdiniz. Sənə sərf edəndə hər şey yaxşı idi, bəs indi niyə belə edirsiniz?”

Bayramova xüsusi vurğulayır ki, hicab taxmaq İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 9-cu maddəsi ilə qorunan din azadlığının bir formasıdır və bunun qadağan edilməsi uşaqların təhsil almaq hüququnu da məhdudlaşdırır. O, Saakaşvilinin siyasətə gəlmək məqsədinin insan hüquqlarını pozmaq və müsəlmanlara islamçı demək olub-olmadığı ilə maraqlanır.

“Geosiyasi təhlükənin müzakirəsinin Gürcüstan azərbaycanlılarının kollektiv şübhəli bilinməsi üçün əsasa çevrilməsi qəbulolunmazdır. Bu gün bu təhlükədən danışanlar isə öz hakimiyyətləri dövründə qəbul edilən qərarları cəmiyyətə izah etməlidirlər. “Mənim azərbaycanlılarım, sizi sevirəm!” demək iki dildə kifayət deyil! Gürcüstan azərbaycanlıları Gürcüstanın bərabərhüquqlu vətəndaşlarıdır, siyasi alət və ya alver obyekti deyillər”, — deyə Samirə Bayramova bildirib.





Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Print Email
FaceBook Twitter Google