DİN: Qanunsuz formasiyaların yaradılması ilə bağlı istintaqa başladıq
DİN bildirir ki, qanunsuz formasiyanın yaradılması, rəhbərliyi və ona üzv olmaq faktları ilə bağlı istintaqa başlayıb. İstintaq CM-nin 223-cü maddəsinin birinci hissəsi ilə başlayıb və maddə qanunsuz formasiya yaratmaq, rəhbərlik etmək, belə formasiyalara üzv olmaq, iştirak etmək və ya qanunsuz formasiyaların xeyrinə başqa işləri nəzərdə tutur.

Vasadze 16 iyunda hədə ilə bildirib ki, Tbilisi Praydın və onun dəstəkçilərinə qarşı “özlərinin təşkil etdiyi qruplar” yaradacaq “xalq dəstələri” və onun sözlərinə görə bir həftə ərzində Tbilisini əhatə edəcəklər. Həmin axşam Vera bağına toplanmış əhali Vasadzenin anons etdiyi “dəstələrə” yazılmağa başlayıb.

Buna cavab olaraq DİN 17 iyunda səhər bildirib ki, “qanuni dövlət strukturlarını daşıyan hər hansı qurum yaratmaq, ona rəhbərlik etmək, üzv olmaq yolverilməzdir və “ictimai nizamın təmin edilməsi qanunla yalnı DİN-in funksiyasıdır”.

Müvafiq olaraq DİN yazır – “polis və eləcə də başqa dövlət müəssisələrinin funksiyasını yerinə yetirməsi cəhdi dərhal aradan qaldırılacaq. Zorakılıq, polisə qarşı təzyiq göstərmə və qanunu pozma faktlarına naizrliyin reaksiyası olacaq”.

Vasadze 16 iyunda çıxışında fəalları və QHT nümayəndələrinin mümkün qətli də qeyd edib, onun sözlərinə görə onu günahlandırmalı imişlər və bu məlumatı DTX-nın ofisserlərindən alıb. Dİn-nin bəyanatında bu hissə ilə bağlı heç nə deyilir, hələ ki, DTX-i bununla bağlı istintaqa başlayacaqmı bilinmir.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google