DİN erkən evliliyə qarşı kampaniyaya başlayıb
Gürcüstanın Daxili İşlər Nazirinin müavini Natia Mezvrişvilinin bəyanatına görə nazirlik erkən evliliyə qarşı “uşaqlığını əlindən alma” adlı 18 günlük kampaniyaya başlayıb.

Nazirliyin məlumatına görə, 2018-ci ilin yetkinlik yaşına çatmamış şəxslərin erkən evlililiyi ilə bağlı 180-ə yaxın faktla bağlı istintaq başlayıb. DİN-dən bildirirlər ki, əksər hallarda hüquq mühafizə orqanlarına hadisə baş verdikdən bir neçə ay sonra məlumat verilir. Bu isə effektli və vaxtında reaksiyaya mane olur:

“Bu gün DİN “uşaqlığını əlindən alma” adlı kampaniyaya başladı. Kampaniya simvolik olaraq 18 gün davam edəcək. Bu kampaniyanın məqsədi ictimaiyyətin məcburi evliliklə bağlı məlumatlandırılmasıdır. Məcburi evlikliklə yanaşı başqa cinayətlər də törənir – cinsi zorakılıq və əsasən ailədə zorakılıq.

Bu cinayətin qurbanları əsasən yertkinlik yaşına çatmamış şəxslərdir. Qayda olaraq cinayəti ailə üzvləri törədirlər. Doğrudur müraciət etmək göstəriciləri son dövrdə artıb ancaq bu hələ də problemdir. Ona görə də bu kampaniya ilə biz cəmiyyəti, hamını belə faktlarla bağlı məlumatları varsa dərhal polisə xəbər versinlər.

Bu gün bizim resursumuz var ki, hər bir belə hala qarşı reaksiya göstərək və faktiki olaraq bu yetkinlik yaşına çatmamış şəxsi xilas edək”
– Mezvrişvili bildirir.

Daxili İşlər Nazirinin müavininin sözlərinə görə 18 gün ərzində əhali, məktəb şagirdləri, pedaqoqlarla görüşlər olacaq. Nazirlikdən deyirlər ki, kampaniyaya Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Xalq Müdafiəçisi ofisinin, QHT, İnsan Hüquqlarının Müdafiəsi Departamentinin nümayəndələri qoşulacaqlar.

“Bizim hüquq ofisserlərimiz qapı-qapı gəzəcəklər. Məlumat broşurları paylayacaqlar və bukletlər verəcəklər. Cəmiyyətə təfərrüatlı məlumat veriləcək ki, bu cinayətdir və mütləq polisə xəbər verməlidirlər” – Natia Mezvrişvili bildirib.

Print Email
FaceBook Twitter Google