Daxili İşlər
Nazirliyi Azərbaycanlı fəalın saxlanılması ilə bağlı açıqlama
verib.
"Marneuli" radiosuna DİN-dən bildiriblər ki, Avtandil Məmmədov
Azərbaycan Respublikası İntrpolu tərəfindən Qırmızı Körpü keçidində
fırıldaqçılıqla bağlı axtarışda idi.
“Azərbaycanın Cinayyət Məcəlləsinin 178.2.2-ci maddəsi
dəfərlərə törədilən fırıldaqçılığı nəzərdə tutur. Məhz bu maddə ilə
Avtandil Məmmədov axtarılırdı” – DİN-dən
deyirlər.
DİN-dən açıqlama verirlər ki, Məmmədov hələ də Gürcüstandadır və
prosedurlar keçdikdən sonra ola bilsin Azrəbayacan aparsınlar.
Avtandil Məmmədov bu gün, gündüz satlarında saxlanılıb. "Marneuli"
rdiosu ilə söhbət zamanı hüquq mühafizəçisi Leyla Məmmədova
bildirib ki, Azərbaycanlı hüquq mühafizəçisi Gürcüstanda artıq
yarım ildir ki, yaşayırmış. O, Gürcüstana siyasi sığınacaq almaq
üçün müraciət edib və bununla bağlı növbəti məhkəmə iclası 21
iyunda baş tutmalı idi.
Leyla Məmmədovanın məlumatına görə Avtandil Məmmədov bir neçə ay
ərzində izlənilirmiş. O, Gürcüstan polisinə müraciət edib ancaq
izləmə ilə bağlı Avtandil özü sübut təqdim etməyib və polis
reaksiya göstərməyib.