Hava burulğanı Sadaxlı kəndində yaşayış evinin dam örtüyünü uçurub (FOTO)
Hava
burulğanı Sadaxlı kəndində yaşayış evinin dam örtüyünü
uçurub.
Bu
haqda məlumatı Marneuli Bələdiyyə Məclisinin üzvü, Sadaxlı inzibati
ərazi vahidinin majoritar deputatı Rövşən İsgəndərov verdi. Onun
sözlərinə görə, ötən gün hava burulğanı İbrahim Qurbanova məxsus
yaşayış evinin dam örtüyünün 15-20 ədəd şiferini atıb və vətəndaşa
elə də böyük zərər dəyməyib.
İsgəndərov onu da əlavə etdi ki, vətəndaş ona kömək göstərilməsi
məqsədilə meriyaya ərizə ilə müraciət edib.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166