Hava burulğanı Sadaxlı kəndində yaşayış evinin dam örtüyünü uçurub (FOTO)
Hava burulğanı Sadaxlı kəndində yaşayış evinin dam örtüyünü uçurub. Bu haqda məlumatı Marneuli Bələdiyyə Məclisinin üzvü, Sadaxlı inzibati ərazi vahidinin majoritar deputatı Rövşən İsgəndərov verdi. Onun sözlərinə görə, ötən gün hava burulğanı İbrahim Qurbanova məxsus yaşayış evinin dam örtüyünün 15-20 ədəd şiferini atıb və vətəndaşa elə də böyük zərər dəyməyib.

İsgəndərov onu da əlavə etdi ki, vətəndaş ona kömək göstərilməsi məqsədilə meriyaya ərizə ilə müraciət edib.

"Marneuli" Radiosu

Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print