Xəbərlər
Rustavidə mənzilərin birində kişi meyiti tapılıb
16 avqust tarixində gecə Rustavi şəhərinin 15-ci mikrorayonunda yaşayış evlərinin birində 35 yaşlı kişinin meyiti tapılıb. Məlumata görə, kişinin qohumu onunla əlaqə saxlamayıb. Amma ona cavab verməyib və daha sonra 112-yə zəng edib.

Hadisə yerinə patrul polisi, xilasetmə və təcili yardım briqadası səfərbər edilib. Mərhumun üzərində heç bir zorakılıq əlamətinin olmadığı bildirilir. Ölümün dəqiq səbəbi ekspertizanın verəcəyi qərardan sonra məlum olacaq.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaq başlayıb. Həmin maddə özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutur.

Mənbə: tv4.ge
FaceBook Twitter Google