18 avqust üçün ulduz falı
18
Avqust 2019-cu il, ulduz falı. Kollektivdəki şərait qarşılıqlı
yardımlaşma və əməkdaşlıq tələb edir
Qoç - yaxın ətrafınızdakı insanların planlarınıza müdaxilə
etmələrinə imkan verməsəniz, çox işlər görmək olar. İşləriniz az
deyil. Yığılıb qalmış məktublara cavab verin. Maraqlı məlumatlar
ola bilər.
Günün ikinci yarısında tək qalmaq istəyəcəksiniz.
İdmanla məşğul olun. Bu zaman orqanizminizdəki endorfinlər sizə tam
sakitlik qədər xoş təsir göstərəcək.
Axşam saatlarında köhnə dostlarla görüş əhvalınızı
yaxşılaşdıracaq.
Buğa - intuisiyanızın səsinə qulaq asın. Cari məsələlərin həllində
sınanmış metodlardan istifadə edin. Sağlam məntiq, praktiki
hesabların önəmi artır. Avantüralar sizi dalana apara bilər.
Yerinə yetirə bilməyəcəyiniz vədlərdən uzaq olun.
Günün ikinci yarısında sayıq olun. Vəziyyəti ən xırda nüanslara
qədər dəyərləndirməyi bacarın. Mənasız, əsassız illüziyalara
qapılmayın. İşgüzar məsəslələrdə, maliyyə müstəvisində təklifləri
real qiymətləndirin. Yekun qərarın qəbulunu ertələmək də olar.
Əkizlər - önəmli, ciddi məsələlərdə tələskənliyə yorl verməyin.
Rutin işlərlə kifayətlənin. Bəlirlənmiş çərçivədən kənara çıxmayın,
qaydalara riayət edin.
İş yerində narahatlıq hiss edə bilərsiniz. Başqalarının
müzakirələrinə qatılmayın.
Günün ikinci yarısında haqq-hesab çəkilən söhbətlərdən uzaq durun.
Bilavasitə öhdənizə düşən, sizə tapşırılan işləri yerinə yetirin.
Tapşırıqları qulaqardına vurmayın.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.
Xərçəng - dəyərlər sisteminiz bu gün problemlər yarada bilər. Dəqiq
seçim etməlisiniz. Günün uğurları və uğursuzluqları məqsədə doğru
irəliləyişdə seçdiyiniz kursun müəyyənləşdirilməsindən
asılıdır.
Günün ikinci yarısında seçim zərurəti yaranarsa, itki
verəcəksiniz.
Hadisələri bir qədər qabaqlayın ki, daha ciddi problemlərlə
qarşılaşmayasınız.
Dost məsləhəti faydalı ola bilər.
Axşam saatlarında yaxşı tanıdığınız insanlarla birlikdə olun.
Şir - qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın.
Genişmiqyaslı layihələrə başlamaq üçün münasib zaman deyil.
Əhvalınızın pisləşməsi istisna deyil. Real məsələlərin həllinə
başlamaq əvəzinə illüziyalara qapılmayın.
Günün ikinci yarısında nəzərdə tutulmamış problemlər, əngəllər
yaranacaq. Səbrli olun, soyuqqanlı davranın. Xırdalıqları nəzərdən
qaçırmayın. Hətta ən önəmsiz təsir bağışlayan detal işlərinizdə
ləngimələr yarada bilər.
Axşam saatlarını sevdiyiniz insanlara həsr edin.
Qız - verdiyiniz sözlərə əməl edin, vədləri unutmayın. Tapşırıqları
rəqiblərlə müqayisədə daha tez yerinə yetirməyə çalışın. Yeni
vədlər verməyə tələsməyin. Şərtlər sürətlə dəyişəcək. Situasiyanı
məntiqlə qiymətləndirin, şanslarınızdan istifadə edin.
Günün ikinci yarısında maliyyə məsələlərində xüsusilə diqqətli
olun. Mühüm sənədləri diqqətlə oxuyun, tələskənlik etməyin. Təcili
olmayan işləri bir qədər təxirə salın.
Astagəllik etməyin.
Tərəzi - iş həyatınızın yeganə mənası deyil. Bunu anlayın və bilin
ki, işlərin bir hissəsi bilavasitə nəzarətiniz olmadan da yerinə
yetirilə bilər. Qüvvə və imkanlarınızı daha ciddi layihəyə qorumaq
üçün bəzi planlardan imtina etmək gərəkdir.
Günün ikinci yarısında hansısa məsələni həll edə bilmirsinizsə,
situsiyaya kəskin müdaxilələr etməyin.
Hadisələrin öz məcrasında inkişaf etməsinə şərait yaradın.
Əqrəb - rutin, yeknsək işlər sizi usandıra bilər. Maraqlı
məşğuliyyət arayırsınızsa, fantaziyanızı işə salın. Xırdalıqlar və
detalları nəzərdən qaçırmayın. Qətiyyətli, iradəli olsanız yaxşı
nəticələr əldə edə bilərsiniz.
Günün ikinci yarısında təcrübənizdən yararlana bilərsiniz. Bilik və
bacarıqlarınızdan maksimum dərəcədə istifadə edin. Şəxsi
münasibətlərdə aqressiv olmayın. İntuisiyanıza güvənin. Hisslər və
içgüdülər sizi aldatmayacaq.
Axşam saatlarında stressdən qurtulmağa can atın.
Oxatan - cari işlərlə məşğul olun. Əyləncə və istirahəti təxirə
salmaq olar. Dostlarla görüşlərdən faydalanın. Yaşamınızda ən
önəmli mərhələrərdən biridir. İşlərinizdə irəliləyişlərə nail olmaq
istəyirsinizsə, aktiv olun.
Günün ikinci yarısında çalışdığınız müstəvidə yaxşı nəticələrə nail
ola bilərsiniz. Yaxın perspektivlə bağlı planlarınıza dəyişikliklər
edin.
Axşam saatlarına yaxın əhvalınız pisləşə bilər. Əhvalınız
dəyişəcək, niyyətləriniz fərqli olacaq.
Güc və imkanlarınıza qənaət edin. Başqalarının əvəzinə işləməyə
həvəsli olmayın.
Oğlaq - deyilən hər sözə kor-koranə inanmayın. Aldığınız
informasiyanın yanlış və ya yalan olması istisna deyil. Hisslərə
qapılaraq düşünülməmiş qərarlar verməyin. Çalşıdığınız kollektivdə
müxtəlif intriqalar və ya dedi-qodulara qatılmayın.
Günün ikinci yarısında sizə etiraz aksiyasına, lokal "üsyan"a
qatılmaq təklif olunacaq. Yaxşı düşünün. İşdə həmkarlarla
münasibətləri möhkəmləndirmək, rəhbərliklə aranızdakı
anlaşılmazlığı aradan qaldırmaq olar. Nufuzunuz və mövqeləriniz
barədə düşünün. Yaxın ətrafınızdakı insanlarla qarşılıqlı
münasibətləri möhkəmləndirin.
Dolça - kollektivdəki şərait qarşılıqlı yardımlaşma və əməkdaşlıq
tələb edir. Peşəkar fəaliyyət prosesində yaranan ləngimələr və
məhdudiyyətləri aradan qaldırın. Əks təqdirdə onlar yaxın vaxtlarda
ciddi problemlərə çevrilə bilər.
Maraqlarınız yaxın ətrafınızdakı insanların planları ilə
toqquşursa, ehtiyatlı davranın. Münaqişələri, fikir ayrılıqlarını
aradan qaldırın.
Emosional olmayın.
Axşam saatlarında ciddi məsələni həll etmək mümkün deyil.
Aktivliyin yeni mərhələsi ərəfəsində normal istirahət etməyi
unutmayın.
Balıqlar - günün ilk yarısından etibarən baş verənləri anlamağa
çətinlik çəkəcəksiniz. Qohumlar və ya dostların yardımlarına
ehtiyac duya bilərsiniz. Dəyər verdiyiniz insanlarla təmaslarda
diqqətli, qayğıkeş olun.
Günün ikinci yarısında emosiyalarınızı cilovlayın. Çətin
situasiyada hissə qapılmayın. Qarşılıqlı iradlar köhnə
problemlərdən birini daha da ağırlaşdıra bilər. Qısqanclıq və
inamsızlığın artmasına rəvac verməyin. Məişət məsələləri ilə bağlı
kəskin mübahisələrə başlamayın.
İstənilən mübahisənin kompromis həlli var.