Siyasət bizim gündəlik həyatımızın parçasıdır - Leyla Məmmədova
Başlanğıçda QHT sahəsində fəal çalışan sonra isə siyasətə addım atan Leyla Məmmədova seçkilərdə mer seçilməsədə əsas məqsədlərini əldə etdiyini vurğulayır.

“Müxtəlif mərhələləri aşdıqdan sonra siyasətə gəlmək və seçkilərdə namizədliyini irəli sürməyi Marneulili azərbaycanlı qadınlarınında fəal həyat tərzi sürdüyünü təsdiqləməkidir”-deyir Leyla Məmmədova.

Leyla Məmmədova Marneulilidir, o uzun illərdir ki, regionun fəal xanımları arasında yer alır sosial və siyasi aktivliyi ilə seçilir. Leyla Məmmədova öz fəaliyyəti ərzində müxtəlif sahələrdə çalışıb 90-cı illərin qarışıq hadisələrindən keçib təhsilini bitirdikdən sonra, 1998-ciildən 2010-cu ilədək Gürcüstanın Texniki Univesitetində lektor olaraq çalşıb. Fəaliyyətinə başlar-başlamaz Leyla Məmmədova QHT sahəsində də çalışmağa başlayıb.

“Uzun müharibə və qarışıq illərdən sonar Gürcüstandan xüsusəndə bizim regionda QHT sahəsi demək olar ki, mövcud deyildi. Fəaliyyətim çərçivəsində seçkilər ərəfəsində və ya başqa mövzularda kəndlərdə və rayonda əhali ilə görüşlərimm zamanı QHT sahəsini təmsil etdiyimi qeyd edəndə hərkəs təəccüblənirdi, çəkinirdi. Cəmiyyətin sayı az, təcrübəsi demək olar ki, heç yox idi. Qeyri-hökümət təşkilatı deyəndə insanaları dövlətə və hakimiyyətə qarşı çalışan bir orqan hesab edirdilər bunu və əməkdaşlığa qəti razılıq vermirdilər”-söyləyir Leyla Məmmədova.

QHT sahəsində ilk çalışdığı zamandan etibarən Leyla xanım gənclərlər işləməyə üstünlük verib. O qeyd edir ki, illər boyü topladığı təcrübələri gənclərlə bölüşmək və onlara yeniliyi aşılamağı özünə hər zaman prioritet bilib. Ancaq problemlər, aşılmaz çətin bariyerlər hər zaman mövcud olub və bunun inkişafın bir parçası olduğunu hesab edir.

“Çətinliklər həyatımızın bir hissəsidir, biz seçim edə bilmirik axı hansı dövrdə və cəmiyyətdə yaşayaq. Bizim əlimizdən gələn bir tək odur ki, səhv bildiklərimizi dəyişək, ən azından dəyişməyə cəhd göstərək və çalışaq”-deyir Leyla Məmmədova.

Leyla Məmmədova siyasətin əslində insan həyatının ayrılmaz bir hissəsi olduğunu təsdiq edir. Burada aktiv və passiv siyasətin altından xətt çəkir. O qeyd edir ki, illər böyu topladığı təcrübə, aşdığı maneəçiliklər və çalışdığı sahələr onu siyasətdə aktiv mərhələsinə keçməyə vadar edir.

“2017-ci ildə siyasətdə aktiv mərhələyə keçdim. O ildə ki, mer seçkilərinə namizədliyimi irəli sürdüm. Burada mənim qazanmağım və mer olmağım vacid deyildi. Əsas olan mənim bir azərbaycanlı qadını kimi bizlərin gücünü göstərməyim və əslində bizlərin hər sahədə ola biləcəyimizi təsdiqləmək idi. Əgər məqsəddən söhbət gedirsə, mən öz məqsədlərimə çatdım”-deyir Leyla Məmmədova.

Necə ki, seçkilər zamanı eləcədə seçkilərdən sonra da bir çox çətinliklərlə qarşılaşan Leyla Məmmədova fəalliyyətinə və mübarizəsinə gələcəkdə dədavam edəcəyini bildirir.

Müəllif - Şəlalə Əmircanova
Mənbə - Pəncərə
Print