Xəbərlər
Təhsil Nazirliyi müəllim olmaq istəyənlər üçün müsabiqə elan edəcək
Gürcüstan Təhsil Nazirliyi müəllim olmaq istəyənlər üçün avqustun sonunda müsabiqə elan edəcək.

Bu haqda Təhsil nazirinin müavini İrina Abuladzenin bugün keçirilən birifiqdə dedi. Onun sözlərinə görə, müəllim olmaq istəyənlər üçün elan edilən vakansiyaları www.pedagogi.ge sayıtda görmək mümkün olacaq.

“Qeyd olunan veb-səhifədə məktəblərin vakansiyası yerləşdirilir. Hansı məktəbdə vakansiya olduğu halda məktəb direktoru müvafiq elanı veb-səhifəyə yerləşdirəcək.

Hazırki mərhələdə uyğun vakansiya taba bilməyənlər isə, sayıtda qeydiyyatdan keçərək gözləyə bilərlər.

Bu ayın sonunda vakansiyalar elan ediləcək və tədris ili başlayana qədər proses başa çatacaq”
– nazir müavini dedi.

Mənbə: Birinci Kanal
FaceBook Twitter Google