Xəbərlər
20-yə qədər məktəbdə tədris 2 həftə gec başlayacaq
Təmir-bərpa işlərinə görə 20-yə qədər məktəbdə tədris 16 sentyabrda başlamayacaq.

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən verilən məlumatda deyildiyinə görə, qeyd olunan məktəblərdə tədris ili 2 həftə gec başlayacaq, təxirə salınan saatlar isə şənbə günü ilə əvəz olunacaq.

Yeni tədris ili üçün tam və qismən təmir-bərpa işləri Gürcüstanda 700-ə yaxın məktəbdə həyata keçirilib.

Ümumiyyətlə isə tədris ili 16 sentyabrda başlayacaq.

Mənbə: bm.ge
FaceBook Twitter Google