Xəbərlər
Hökumətin fəaliyyətini 60% mənfi dəyərləndirir - NDİ
Milli-Demokratik İnstitut (NDİ) və CRRC Gürcüstanın 19 sentyabrda yayımladığı araşdırmasına əsasən hökumətin fəaliyyətini 60% mənfi dəyərləndirir.

Bu 2018-ci ilin dekabrındakı göstəricilərlə müqayisədə daha pisdir. O zaman hökumətin fəaliyyətini 48% mənfi dəyərləndirirdi.

Hökumətin fəaliyyətini yalnız cari ilin iyulunda əhalinin 32% müsbət dəyərləndirib. Bu göstərici ötən ilin dekabrında 44% idi.

Araşdırma aparılan zaman Baş nazir Mamuka Baxtadze idi. Müvafiq olaraq sorğuda iştirak edənlərə onun fəaliyyəti ilə bağlı da sual veriblər. Baxtadzenin fəaliyyətini 43% orta, 28% pis, 14% müsbət dəyərləndirir. 15% deyir ki, suala cavab verəmmir. Sorğuda 2 131 respondent iştirak edib. Araşdırmanın orta səhv həddi +/- 1,7-dir.

Mənbə: Netgazeti
FaceBook Twitter Google