"Rustavi 2" 23 sentyabrdan yeni efirə başlayacaq
Yayım şirkəti Rustavi2 yenilənmiş efirə və
“Kurieri” xəbərlər buraxlışının yayımına 23 sentabrdan
başlayacaq.
Bu haqda İPN-ə kanalın baş direktoru Paata Salia məlumat verib.
Salianın qeyd sözlərinə görə, həmin gün efirdə səhər verlişi də
yayımlanacaq. Ambebi.ge-nin məlumatına görə, saat 21:00-dan
“Kurieri” xəbər buraxılışını Nino Şubladze və İrakli İmnaşvili
aparacaq.
Məlumat üçün qeyd edək ki, “Kurieri” xəbər buraxlışının keçmiş
aparıcıları Diana Cocua və Mixeil Sesiaşvili 20 avqustda
tamaşaçılarla sağollaşıblar. Ondan sonra kanalda xəbər buraxlışı
yayımlanmayıb.