Telefonla ayaqyoluna girmək babasil yaradır
15:28 / 20.09.2019
İngilis həkimlər ayaqyoluna telefonla girənlərə
xəbərdarlıq edib.
Marneulifm xarici mətbuata istinadla xəbər verir ki, araşdırmalara
görə, uzun müddət ayaqyolunda oturmaq babasil yarada bilər.
Məlumatda bildirirlir ki, telefonla ayaqyoluna girən zaman insan
tualetdə normadan artıq vaxt keçirdiyinə görə müxtəlif xəstəliklər,
o cümlədən hemoroid yarana bilər. Bu bağırsaqlarda şişliklərin
yaranması ilə əlaqədardır.
Qeyd edək ki, İngiltərədə aparılan araşdırmalara görə insanların 57
faizi ayaqyoluna mobil telefonla girir.
Mənbə-Milli.az