21 sentyabr üçün ulduz falı
21
Sentyabr 2019-cu il, ulduz falı. Şəxsi münasibətlərdə vəziyyət pis
deyil
Qoç - liderlik məziyyətlərinizi göstərin. Uğur əldə etmək
istəyirsinizsə, yaradıcılıq potensialınızdan bəhrələnin. Zəhmətkeş
olun, diqqətinizi konkret işə cəmləyin. Praqmat, soyuqqanlı olun.
Ən xırda təfərrüatları diqqətdən qaçırmayın.
Günün ikinci yarısında maddi durumunuz pis olmayacaq. Əlavə gəlir
mənbələri var. Münasibətlərin inkişafını istəyirsinizsə, emosional
olmaq, qarşı tərəfin hisslərini anlamaq vacibdir. Axşam saatları
aktiv istirahət üçündür.
Buğa - günün ilk yarısında münaqişə riski artacaq. İnciklik, günah
hissi, arzulanmamış arzular və ümidlər istisna deyil. Hər şey çox
sərt, aqressiv, dar çərçivədə olan nəsnələr təsiri
bağışlamasın.
Günün ikinci yarısında təkbaşına çalışın, müstəqil olun və
fəaliyyət arealınızı kənar müdaxilələrdən qoruyun. Hadisələri,
sözləri, işarələri yanlış qiymətləndirməyin.
Sirlərinizi yaxşı bələd olmadığınız insanlarla bölüşməyin.
Axşam saatlarında normal dincəlin.
Əkizlər - günün ilk yarısı qarışıq və gərgin vaxtdır. Mühüm olaylar
diqqət tələb edir. Dəyişikliklər və yeniliklərdən qorxmayın.
Fəaliyyət obyektinizin rekonstruksiyaya ehtiyacı var.
Səhvləri aşkarlayın, dürüst qərarların məntiqi ardıcıllığını
hazırlayın.
Günün ikinci yarısında məhsuldar əməkdaşlıq üçün yeni imkanlar
yaranacaq. Köhnə layihələrdən birinin tamamlanması və uğurla başa
çatdırılması üçün münasib zamandır. İndiki dəyişikliklər
pespektivdə yaxşı nəticələr verə bilər. Şərik və ya tərəfdaşları
diqqətlə dinləyin.
Axşam saatlarına yaxın yaxşı məsləhətlər ala bilərsiniz.
Xərçəng - nüfuzlu insanlarla münasibətlərdə sərtlik yaratmayın.
Təzyiqə məruz qala bilərsiniz. Yaxın ətrafınızdakı insanların
tələbkarlığı sizin rahat çalışmağınıza maneələr yaradacaq. Səbrli,
təmkinli davranıb vəziyyətdən çıxış yolu arayın.
Günün ikinci yarısında güzəştlərə meylli olun, tam müstəqilliyə can
atmayın.
İmicdə zəruri dəyişikliklər barədə düşünməyin vaxtıdır. Zərərli
vərdişlərinizdən birindən əl çəkin. Bütün müşküllərə, problemlərə
rəğmən pozitiv olun.
Maliyyə məsələləri izafi diqqət tələb edir.
Şir - adi günlərdən fərqli olaraq problemləri çözmək asan deyil. Ən
kiçik uğursuzluq əhvalınızı korlaya bilər. Səbrli və təmkinli olun.
Həyata praktik nəzər salın. Potensial tərəfdaşlarla danışıqlarda
yaxın gələcəklə bağlı planları müzakirə etməyə dəyər.
Birgə fəaliyyət ən ağır problemin həllini mümkün edir.
Günün ikinci yarısında şəxsi münasibətlərdə durum yaxşı olacaq.
Yaxınlarınız və dostlarınızla ünsiyyət faydalı, həm də xoş
olacaq.
Axşam saatlarında qəfil görüş ola bilər.
Qız - uğurlu, yaxşı zamandır. Hadisələrin axarına azacıq da olsa,
təsir imkanlarınız var. İşlərinizi yaxşı planlaşdırın, boşuna vaxt
itirməyin. Yaxşı nəticələrə nail olmaq üçün səy göstərmək
gərəkdir.
İnadınız və iradəniz sonucsuz qalmayacaq.
Günün ikinci yarısında yaxınlarınızla təmaslarda daha diqqətli
olun. Ünsiyyətinizin harmoniyaya ehtiyacı var. Ailə üzvləriniz və
yaxınlarınızla səmimi olun. Məişət qayğılarının əhəmiyyətli
hissəsinin çözümünü öz üzərinizə götürün.
Tərəzi - maddi məsələlərdə realist olun, illüziyalara qapılmayın.
Bu yaxınlara qədər maraqlandığınız məsələ artıq ikinci dərəcəli
məqam təsiri bağışlaya bilər. Tələsik qərarlar, yanılmalar sonradan
ağır fəsadlar yarada bilər.
Günün ikinci yarısında inandığınız insanın müdrik məsləhətindən
yararlanın. Daxili durumunuz stressdən qurtulmağınızı tələb edir.
Axşam saatları sadə olmayacaq.
Normal istirahət etməyə çalışın. Qüvvələrinizi maksimal dərəcədə
bərpa edin.
Əqrəb - fəaliyyətinizdə rasional olun. Hisslərinizdəki laübələr
işlərinizə təsir etməməlidir. Mümkün qədər tez həll etməyə
çalışdığınız məsələlələrin çözümü ilə məşğul olun. Əvvəlki günlərlə
müqayisədə daha çox güzəştlər etməli olacaqsınız.
Günün ikinci yarısında hadisələrə təsir imkanlarınız məhdudlaşacaq.
Dəyişikliklərin mənasını, proseslərin məğzini anlayın. Qərarlarla
yanaşı, informasiya alınmasında aktiv olun.
Maddi məsələlərdə gözləntiləriniz doğrulmayacaq. Perspektivlər tam
aydın deyil.
Oxatan - günün ilk yarısında yaşananlar sizdə gərginlik hissi
yarada bilər. Rəqiblər bütün qaydaları pozacaq, məqsədlərinə çatmaq
üçün istənilən vasitədən istifadə edəcəklər. Cavab tədbirləri
hazırlayın.
Vicdanınıza xilaf çıxmayın, ədalətli olun.
Günün ikinci yarısı yaxşı şanslar vəd edir. Amma bununla belə, bəzi
problemlərin həllində çətinliklər yarana bilər.
Gördüyünüz işlərdə ciddi, fəsadlı nöqsanlara yol verməyin.
Təfərrüatlara və detallara barmaqarası baxmayın.
Oğlaq - hadisələrə təsir imkanlarına malik insanlarla əlaqələri
yenidən qiymətləndirin. İnandığınız insanla yeni layihənin icrasına
başlamaq olar. Cari proseslərə təsir etməklə hadisələrin məcrasına
korrektələr edin. Planlara riayət edin. Yaranan insanları və
aldığınız təklifləri dəyərləndirin.
Günün ikinci yarısında avantüralara qatılmayın. Konstruktiv
məsələlərin müzakirəsi üçün yaxşı zamandır. Əlaqələri bərpa
edin.
Maliyyə məsələləri aktuallaşacaq.
Yardıma ehtiyacı olan insanlara diqqətlə yanaşın. Emosional
travmaya uğramayın.
Dolça - yeni ideyalar, qüvvələr və dəstək olacaq. Başladığınız işdə
uğur qazana bilərsiniz. İndiyədək tam sürətlə hərəkət etdiyiniz
sahələrdə aktivliyinizi bir qədər azaldın. Zəif mövqeləri
gücləndirin.
Günün ikinci yarısında situasiya sizdən qəti qərar, vidalaşma,
bəzən isə niyyətlərdən əl çəkməyi tələb edə bilər.
Asılılıqlarınızın birindən qurtulun. Rasionunuzun sağlam olmasına
çalışın.
Şəxsi münasibətlərdə vəziyyət pis deyil. Axşam saatlarında nisgilli
hisslər yarana bilər.
Balıqlar - mühüm saydığınız məsələlərdən biri ilə bağlı danışıqlar
aparın. Emosional gərginliyə rəğmən sakit, təmkinli olun.
Təxribatlara uymayın. Sizi münaqişəyə cəlb etmək istəyəcəklər.
Gərəksiz məqamlardan imtina edin, lazımsız əlaqələrə son qoyun.
Günün ikinci yarısında dəyər verdiyiniz insanlardan biri ilə mühüm
söhbət olacaq. Münasibətlərdə dəqiqləşdirmələrə ehtiyac var.
Ev işlərinin sayı adi günlərlə müqayisədə artacaq.
Alış-verişdə çox pul xərcləməyin.