Müsəlman qadın süni ürək yaratdı
Türk əsilli
kardiocərrah Dilek Gürsoy tibb sahəsində German Medical Award
mükafatına layiq görülüb.
Marneulifm Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, 43 yaşlı
müsəlman qadının dediyinə görə, German Medical Award tibb sahəsində
uğurlu elmi araşdırmalara görə Almaniya, Avstriya və İsveçrədəki
klinikalara verilir.
Gürsoy qeyd edib ki, "Almaniyada 2012-ci ildə süni ürək köçürən ilk
qadın kardiocərrahı olaraq bu mükafatın sahibi olmuşam".
Müsəlman kardiocərrahının sözlərinə görə, 10 ildir süni ürək
yaratmaq üzərində işləyir və tədqiqatları hazırda son
mərhələdədir.
Mənbə -
Maide.az