"Övladın susmasa, sən işini itirəcəksən"
“Marneuli” radiosunun jurnalisti Vladimer
Çxitunidze deyir ki, onun fəaliyyətinə görə onun atası Marneuli
Seçki Dairə Komitəsində xoşagəlməz əməkdaşa çevrilib.
Çxitunidzenin atasının yerli hakimiyyətdə
yüksək vəzifədə çalışan tanışları ona birbaşa və dolayı yollarla
işarə edirlər ki, onun övladının və radionun digər əməkdaşlarının
onlara qarşı olan tənqidi yanaşmasını bəyənmirlər və xəbərdarlıq
edirmişlər ki, bu onun işini itirmə səbəbi ola bilər.
Elquca Çxitunidze Seçki Komissiyasında illər ərzində çalışırmış.
2018-ci ilə qədər onu iki müddətə Seçki Dairə Komissiyasının katibi
olaraq seçiblər. İkinci 5 illik müddət keçdikdən sonra o,
müsabiqədə qalib gələ bilməyib. Jurnalistin atası hələ də
işsizdir.
“İşini itirdikdən sonra Marneuli 22 saylı seçki dairə
komitəsində vakant yer üçün iki dəfə müsabiqə elan olunub. Vacib
olan bütün sənədlər, sertifikatlar və 10 illik iş təcrübəsinə
baxmayaraq MSK atamı Marneuli Seçki Dairə Komissiyasına üzv olaraq
seçmədi.
İndi isə komitədə yenə vakant vəzifə üçün müsabiqə elan olunub,
atama “məsləhət veriblər” ki, özünü narahat edərək seçimdə iştirak
etməsin, onun övladının işinə görə onsuz da onu
seçməyəcəklər”, - Vladimer Çxitunidze Facebook-da
şəxsi səhifəsində yazır.