"Övladın susmasa, sən işini itirəcəksən"
“Marneuli” radiosunun jurnalisti Vladimer Çxitunidze deyir ki, onun fəaliyyətinə görə onun atası Marneuli Seçki Dairə Komitəsində xoşagəlməz əməkdaşa çevrilib. Çxitunidzenin atasının yerli hakimiyyətdə yüksək vəzifədə çalışan tanışları ona birbaşa və dolayı yollarla işarə edirlər ki, onun övladının və radionun digər əməkdaşlarının onlara qarşı olan tənqidi yanaşmasını bəyənmirlər və xəbərdarlıq edirmişlər ki, bu onun işini itirmə səbəbi ola bilər.

Elquca Çxitunidze Seçki Komissiyasında illər ərzində çalışırmış. 2018-ci ilə qədər onu iki müddətə Seçki Dairə Komissiyasının katibi olaraq seçiblər. İkinci 5 illik müddət keçdikdən sonra o, müsabiqədə qalib gələ bilməyib. Jurnalistin atası hələ də işsizdir.

“İşini itirdikdən sonra Marneuli 22 saylı seçki dairə komitəsində vakant yer üçün iki dəfə müsabiqə elan olunub. Vacib olan bütün sənədlər, sertifikatlar və 10 illik iş təcrübəsinə baxmayaraq MSK atamı Marneuli Seçki Dairə Komissiyasına üzv olaraq seçmədi.

İndi isə komitədə yenə vakant vəzifə üçün müsabiqə elan olunub, atama “məsləhət veriblər” ki, özünü narahat edərək seçimdə iştirak etməsin, onun övladının işinə görə onsuz da onu seçməyəcəklər”,
- Vladimer Çxitunidze Facebook-da şəxsi səhifəsində yazır.

Mənbə: www.radiotavisupleba.ge
Print