Baş ağrılarının BİLMƏDİYİNİZ SƏBƏBİ
15:35 / 18.10.2019
Baş
ağrılarının əsas səbəbi dişlərin quruluşu ola bilər.
Marneulifm xəbər verir ki, türkiyəli diş həkimi Pertev Kökdemir üst
və alt dişlərin səhv bağlanmasının ciddi baş ağrılarına səbəb ola
biləcəyini qeyd edib:
"Yuxudan duranda səhər çənələrin arxa hissələri, gözlərin
ətrafında, sinus bölgəsində və ya boyun və çiyinlərdə həm baş
ağrısı, həm də miqren ağrıları varsa, qısa müddətdə diş həkiminə
müraciət edin. Dişlər sabit bağlanmırsa, bu zaman əzələ və sinirlər
sıxılır. Bu da miqren və baş ağrısına yol açır.
Çeynəmə üçün çənə hər iki yandan bərabər dəstəyə ehtiyac duyur,
dişlərin tam və düzgün vəziyyətdə olması lazımdır. Odur ki, əskik
dişlər protez və ya implantlarla müalicə edilməlidir.
Əgər dişlərdə əyrilik varsa və ya tamamilə səhv bağlanırsa, onları
daha düzgün vəziyyətə gətirmək üçün şəffaf lövhələrə və ya breket
qoyulmasına ehtiyac ola bilər".
Mənbə -
Publika.az