Avropada nə qədər qalacağı müddəti bilmədiyinə görə, Marneuli sakini Latviyaya səfər edə bilməyib
Marneuli sakini Kutaisi Beynəlxalq
Aeroportunda problemlə qarşılaşdığını deyir. Sakinin sözlərinə
görə, ailəsi Avropada yaşayır.
O,
ailə üzvlərinin yanına getmək məqsədi ilə bilet alıb və Kutaisi
aeroportuna yollanıb. Lakin onun getməsi üçün aeroportdan icazə
verilməyib.
Adının halanmasını istəməyən Marneuli sakini deyir ki, üç ay əvvəl
Latviyada yaşayıb. Daha sonra isə vizasının vaxtının bitdiyinə
görə, o, məcbur geri, Gürcüstana qayıtmalı olub, və son üç ayı
Gürcüstanda yaşayıb. 93 gün Gürcüstanda qaldıqdan sonra bilet
alaraq Kutaisi Beynəlxalq Aeroportuna gedib. Amma ona bu dəfə
aeroportdan icazə verməyiblər. Ona aeroportun məlumat mərkəzinin
əməkdaşları deyiblər ki, “Siz 180 gün Gürcüstanda
qalmalısınız və daha sonra Avropaya səyahət edə
bilərsiniz”.
Kişinin sözlərinə görə, 180 gün Gürcüstanda qaldıqdan sonra
Avropaya getməyin lazım olduğu ilə bağlı onun məlumatı olmayıb.
Qanundan xəbərsiz olan sakin deyir ki, əhaliyə qanunla bağlı
məlumat verilməlidir.
Qeyd edək ki, daha əvvələr də Gürcüstan
aeroportlarında bunun kimi oxşar hallar baş verib.
Gürcüstanla Avropa Birliyi arasında vizasız gediş-gəliş rejimi
tətbiq olunduqdan sonra Gürcüstan vətəndaşları Avropa ölkələrinə
səyahət etməyə başladılar. Gürcüstan vətəndaşları 180 gün zaman kəsimində 90
gün müddətinə Avropa İttifaqına vizasız gedə bilərlər.
Məsələn: 180 gün ərzində Gürcüstan vətəndaşları Avropa ölkələrində
90 gün qala bilərlər. Bu müddət başa çatdıqdan sonra 180 gün
ərzində Avropaya səyahət edə bilməzlər. Viza rejiminin ləğvi qısa
müddətli (90 günədək) səfərlər üçün nəzərdə tutulur. O, biometrik
pasport sahiblərinə şamil edilir.