Amerika hökuməti Gürcüstanın milli parklarının qorunması üçün 1.6 milyon dollar ayıracaq
Amerika hökuməti Gürcüstanın milli parklarının
qorunması və onların iqtisadi stabilliyinin nail olunması üçün 1.6
milyon dollarlıq beş illik proqrama başlayır.
“Gürcüstan təbiyyəti əvəzsizdir və onun qorunması
xüsusi önəm daşıyır. Bu ölkənin möştəşəm milli parklarının
qorunması üçün Amerika hğkuməti bu gündən etibarən, 1.6 mln.
dollarlıq, beş illik proqrama başlayır. Əsas məqsəd Gürcüstanın
milli parklarını qorumaq və onlara iqtisadi imkanlar
yaratmaqdır”, – Amerikanın Gürcüstandaki səfirliyinin
“Facebook” səhifəsində yayılan məlumatda deyilir.