“Gürcüstan üçün indi yaxşı
mərhələdir, çünki ölkə tam proporsiyonal seçki sisteminə keçir və
düşünürəm ki, bu proses ölkədəki demokratik institutların inkişafı
üçün irəli atılan addım olacaq və daha çox plyüralizmin yaranmasına
imkan verəcək”, – bu bəyanatı ABŞ-ın Gürcüstandakı
səfi vəzifəsinin icra edən Elizabet Rud USAİD tərəfindən yeni dörd
illik seçki və siyasi proseslər proqramının başladılması ilə bağlı
keçirilən tədbirdə verdi.
Onun dediyinə görə, yeni seçki islahatı daha öncəki seçkilərdə baş
verən uğursuzluqların düzəldilməsi üçün yaxşı imkandır.
Elizabet Rudun bəyanatına görə, yeni başlayan proqram bir neçə
layihədən ibarətdir. Əsas məqsəd seçki və siyasi proseslərə
vətəndaşların qoşulmasının və nəzarətinin gücləndirilməsidir.
USAİD Gürcüstanda yerli və beynəlxalq qeyri-hökümət təşkilatları
ilə əməkdaşlıq vasitəsi ilə seçki və siyasi prosesləri dəstəkləmək
üçün yeni dörd illik layihəyə başlayır.
Proqramın büdcəsi 14 milyon dollardır.
Proqramın başladılması ilə bağlı “2020-ci ilin seçkilərinə qədər
qalan bir il və vətəndaşlara orientləşdirilmiş siyasət”i adlı
tədbir “Şeraton Metexi Palasda” keçirildi.
Mənbə: Birinci
Kanal