Qızılhacılı erkən müdaxilə mərkəzində vakansiya
Marneulinin məktəbəqədər hazırlıq mərkəzi, Qızılhacılı erkən müdaxilə mərkəzində xüsusi ehtiyacı olan uşaqlarla çalışmaq üçün vakansiya elan olunub.

Qeyd olunan məlumat Marneuli Mülki Məşğulluq Mərkəzinin Facebook qrupunda yayımlanıb. Çalışmaq üçün gürcü və azərbaycan dillərini bilmək, eləcə də əlavə pedaqoq təcrübəsi, inkluziv təhsil istiqamətində məlumatların olması tələb olunur. Xüsusi psixoloq, tələbə və.s də ola bilər. Seçilən əməkdaş hazırlıq keçəcək. Qrafik dəyişir, əmək haqqı 480 laridir.

Maraqlanan şəxslər qeyd olunan nömrəyə zəng vura bilərlər: 577 96 24 26 Elnarə Əmiraslanova.

Print Email
FaceBook Twitter Google