Senat ABŞ prezidenti Donald Trampa qarşı impiçment prosesinə başladı
13:12 / 17.01.2020
Amerika Birləşmiş
Ştatları Senatında prezident Donald Trampın impiçmenti prosesi
başlayıb.
Senatorlar ABŞ Ali
Məhkəməsinin sədri Con Roberts qarşısında and içiblər.
Xatırladaq ki, Donald Trampın impiçment prosesi Ukrayna prezidenti
Vladimir Zelenskiyə etdiyi telefon danışığına görə başlayıb.
Məlum olduğu kimi, ABŞ prezidenti ukraynalı həmkarından siyasi
rəqibi Co Bayden və oğlu Hanter Baydenə qarşı istintaq başlatmasını
istəmişdi. ABŞ Nümayəndələr Palatası Trampın impiçmentini artıq
təsdiqləyib.