Yüksək təzyiqi salmaq üçün hər gün bunları yeyin!
Alimləri sübut edir ki, yüksək təzyiq insan
həyatını qısaldan əsas amillərdən biridir. Yüksək təzyiq ürək və
damarları vaxtından tez qocaldır, insult və infarktın riskini
qat-qat artırır.
Marneulifm Saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislər
hipetoniyadan əziyyət çəkənlərə müntəzəm olaraq təzyiqi normada
saxlamağa yardım edən prepartları qəbul etməyi, duzun istehlakını
azaltmağı, artıq çəkidən azad olmağı, fiziki aktivliyini artırmağı
tövsiyə edirlər.
Bəzi qida məhsullarının da gündəlik istehlakı təzyiqi normada
saxlamağa, ürək və damarları qorumağa yardım edir. Yüksək təzyiqdən
əziyyət çəkənlərə mütəxəssislər hər gün bu kimi məhsulları yeməyi
tövsiyə edirlər:
Qatıq. El arasında da qatıq təzyiq salan vasitə
kimi tanınır. Bu həqiqətən belədir. Həkimlər hipertoniya
xəstələrinə və həmçinin hipertoniyanın profilaktikası məqsədi ilə
hər gün 1 kasa qatıq yeməyi tövsiyə edirlər.
Banan. Kaliumla zəngin olan banan təzyiqi
tənzimləməyə yardım edən ən yaxşı məhsullardan biridir. Hər gün 1
orta ölçüdə banan yemək ürək-damar sisteminə çox müsbət təsir
edir.
Çuğundur. Bu tərəvəzin tərkibində olan azot oksidi
damarları genişləndirir və bununla da təzyiqi salmağa yardım edir.
Mütəxəssislər hər gün 100-150 qr bişmiş çuğundur yeməyi tövsiyə
edirlər.
Sarımsaq. Allisin maddəsi sayəsində sarımsaq
təzyiqi salır və həmçinin damarlarda iltihabları azaldır,
damarların elastikliyini artırır. Gün ərzində 1-2 diş sarımsaq
yeyin. Sarımsağın təsirini artırmaq üçün onu xırda doğramaq və ya
əzmək lazımdır.
Yulaf yarması. Alimlərin sözlərinə görə, bu yarmanın
orqanizmə olan təsiri qanda xolesterinin səviyyəsini salan statin
preparatların təsirinə oxşayır. Ateroskleroz (damarlarda
xolesterinin yığılması) hipertoniya və ürək xəstəliklərinin əsas
səbəbidir. Hər gün 1 kasa “herkules” sıyığı yeməyə çalışın.
Kivi damarları möhkəmləndirən C vitamini ilə xüsusilə zəngindir.
Həmçinin onun tərkibində təzyiqi tənzimləməyə yardım edən lyutein
də var. Gün ərzində 1-2 kivi yeyin.
Mənbə-Saglamolun.az