Marneuli meriyası
2020-ci ildə 5 yeni avtobus almağı planlaşdırır. Bu haqda məlumatı
bu gün Zaur Darğallı sosial proqramların təqdimatında
bildirib.
Vətəndaş nəqliyyat
problemi haqqında sual verərkən mer bu məlumatı qeyd edib. Zaur
Darğallı etiraf edib ki, beş avtobus almaq problemin həllinə kömək
etməyəcək, ancaq vəziyyəti yüngülləşdirəcək.
“Təbii ki, beş avtobus yetərli deyil, ancaq bu bizim
başladığımız vacib prosesdir. Beş avtobus şəhərdə problemi həll
edəcək və bizim kəndlər istiqamətində də müəyyən yerlərdə olan
problemləri həll etmək imkanımız olacaq, amma bu proses davam
edəcək. Biz mərkəzi hakimiyyətdən də dəstək gözləyirik, ancaq
istəyirik ki, hər il 5 avtobus alaq ki, bir-iki ilə Marneuli
bələdiyyəsində bu problem həll olsun”, – Zaur
Darğallı deyib.
Qeyd edək ki, Marneuli və ətraf kəndlərə iki şirkət – “Ekspress
turist” MMC və “Avtopark” MMC xidmət göstərir. Demək olar ki,
nəqliyyat vasitələrinin əksəriyyəti köhnəlib.