Mestiyanın Cuberi kəndində gənc kişinin odlu silahdan açılan atəş
nəticəsində yaralandığı güman olunur.
O, Zuqdidi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan "Interpressnews"-a verilən məlumata görə, xəstənin
həyatı üçün təhlükə yoxdur.
Həkimlərin məlumatına görə, xəstənin çiyin nahiyəsində kiçik
xəsarət qeydə alınıb.
Yaralama faktını Cuberi müvəkkili Qiorqi Çxetiani təsdiq edib.
Ancaq o, qeyd edib ki, bu haqda başqa məlumatı yoxdur.
Daxili İşlər Nazirliyindən bildirirlər ki, baş vermiş hadisə ilə
bağlı Cinayət Məcəlləsinin 117-ci maddəsinin birinci və 236-cı
maddəsinin üçüncü və dördüncü hissələri ilə istintaq aparılır.