Mestiyanın Cuberi kəndində gənc kişi yaralanıb
Mestiyanın Cuberi kəndində gənc kişinin odlu silahdan açılan atəş nəticəsində yaralandığı güman olunur. O, Zuqdidi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan "Interpressnews"-a verilən məlumata görə, xəstənin həyatı üçün təhlükə yoxdur.

Həkimlərin məlumatına görə, xəstənin çiyin nahiyəsində kiçik xəsarət qeydə alınıb.

Yaralama faktını Cuberi müvəkkili Qiorqi Çxetiani təsdiq edib. Ancaq o, qeyd edib ki, bu haqda başqa məlumatı yoxdur.

Daxili İşlər Nazirliyindən bildirirlər ki, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 117-ci maddəsinin birinci və 236-cı maddəsinin üçüncü və dördüncü hissələri ilə istintaq aparılır.

Mənbə: İnterPressNews
Print