Marneulili gənclər tərəfindən "Rayon" adlı qısametrajlı film çəkilib (VIDEO)
Marneulili gənclər tərəfindən "Rayon" adlı qısametrajlı film çəkilib. Çəkiliş işləri Marneuli şəhərində baş tutub. Filmin əsas mövzusu Marneulidə yaşayan gənclərin həyat tərzi haqdadır. Yarım saatlıq filmdə gənclərin kazinolara üz tutması, narkomaniya və kriminal hadisələrin törətdiyi fəsadlar əks olunub. Filmdə real hadisələr əsasında çəkilib.

Filmin ssenari müəllifi və rejissoru Elmar Xəlilov "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, onlar əsasən iki qardaşın fərqli həyat tərzini lentə alıblar. Onun sözlərinə görə, filmdə Marneulidə son zamanlar gənclər arasında pis vərdişlərin artmasını gündəmə gətiriblər.



Pis vərdişlərin günümüzün ən aktual mövzusu olduğunu deyən Elmar Xəlilov qeyd etdi ki, bu filmi ərsəyə gətirməkdə məqsədləri gənclərin pis vərdişlərdən uzaq durmasını və gənclərin sağlam həyat tərzini təbliğ etmək olub.



Elmar Xəlilov onu da qeyd etdi ki, çəkiliş işləri dekabr ayında başlayıb və fevral ayında tamamlanıb. Filmin son tamamlama işlərinin qaldığını deyən Elmar Xəlilov bildirdi ki, fevralın sonunda təqdimat keçirməyi planlaşdırırlar və film heç bir maliyyə dəstəyi olmadan çəkilib.

Qeyd edək ki, filmdə 7 nəfər həvəskar aktyor çəkilib, 10 nəfər isə epizodlarda iştirak edib.



Print Email
FaceBook Twitter Google