Fəal siyasətə qayıdıram – Qiorqi Marqvelaşvili
Gürcüstanın keçmiş prezidenti Qiorqi Marqvelaşvili fəal siyasətə qayıdacağını bildirib. Bu haqda Marqvelaşvili “Twitter”də yazıb.

“Avtoritarizmi seçməklə “Gürcü arzusu” qırmızı xətləri aşdı. Demokratiya yoxdursa
– milli birlik və qərb kursu olmayacaq. Bunun necə baş verəcəyini izləyə bilmərəm. Fəal siyasətə qayıdıram. Dostlarımla və gürcü xalqı ilə birgə bizim qərb seçimimiz missiyasına xidmət göstərirəm”,
– Marqvelaşvili yazıb.

Mənbə: publika.ge
Print