Bu siyasət Rusiyaya doğru gedir – Marqvelaşvili hakimiyyət barədə
Gürcüstanın keçmiş prezidenti Qiorqi Marqvelaşvili deyib ki, “Gürcü arzusu” hakimiyyəti tərəfindən aparılan siyasət Rusiyaya doğru gedir.

Marqvelaşvili “Mtavari Arxi”nin efirində bildirib ki, əgər Gürcüstan qərbin, konkret olaraq isə ABŞ-ın dəstəyini itirərsə, birmənalı şəkildə Rusiya gələcək.

“Bu siyasət Rusiyaya doğru gedir. Bu rus layihəsidir, özü gedir, ya başqası tapşırıq verir bunun əhəmiyyəti yoxdur”, – o, deyib.

Hakimiyyətin bu siyasətini nə zaman aşkar etdiyi ilə bağlı suala cavab olaraq Marqvelaşvili qərbdən gələn məktubları qeyd edib.

“Başqa vaxt mən hesab edərdim ki, bu səhvdir və çox hakimiyyətlərdə olur. Amma əgər sənin səhvlərini dövlətçiliyinin və bizim ölkənin Rusiyasız qorunub saxlanılmasına zəmanət olan işarə edirsə və sən onlara Qiqi Uqulavanın həbsi ilə cavab verirsənsə, burada artıq mənim üçün sual işarəsi yaranır ki, bu oyun dayanmasa, bizi hara aparacaq –mümkün deyil”,
– Marqvelaşvili deyib.

Bundan sonra Marqvelaşvili “Gürcü arzusunun” deputatlarına müraciət edib və deyib:

“Mən bunu ola bilsin sonuna qədər başa düşməyən deputatlara deyirəm. Efirdən istifadə edirəm ki, onlara deyim – siz bunu görmürsünüz. Ola bilsin nəzəriyyələrə inanmırsınız, amma təbiətin qanunu olacaq – əgər siz qərbi burada əldən versəniz, kompasda şimaldan başqa qütb qalmayacaq”,
– o, deyib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google