Gürcüstanın keçmiş prezidenti Qiorqi Marqvelaşvili deyib ki, “Gürcü
arzusu” hakimiyyəti tərəfindən aparılan siyasət Rusiyaya doğru
gedir.
Marqvelaşvili “Mtavari Arxi”nin efirində bildirib ki, əgər
Gürcüstan qərbin, konkret olaraq isə ABŞ-ın dəstəyini itirərsə,
birmənalı şəkildə Rusiya gələcək.
“Bu siyasət Rusiyaya doğru gedir. Bu rus layihəsidir,
özü gedir, ya başqası tapşırıq verir bunun əhəmiyyəti
yoxdur”, – o, deyib.
Hakimiyyətin bu siyasətini nə zaman aşkar etdiyi ilə bağlı suala
cavab olaraq Marqvelaşvili qərbdən gələn məktubları qeyd edib.
“Başqa vaxt mən hesab edərdim ki, bu səhvdir və çox hakimiyyətlərdə
olur. Amma əgər sənin səhvlərini dövlətçiliyinin və bizim ölkənin
Rusiyasız qorunub saxlanılmasına zəmanət olan işarə edirsə və sən
onlara Qiqi Uqulavanın həbsi ilə cavab verirsənsə, burada artıq
mənim üçün sual işarəsi yaranır ki, bu oyun dayanmasa, bizi hara
aparacaq –mümkün deyil”, – Marqvelaşvili deyib.
Bundan sonra Marqvelaşvili “Gürcü arzusunun” deputatlarına müraciət
edib və deyib:
“Mən bunu ola bilsin sonuna qədər başa düşməyən deputatlara
deyirəm. Efirdən istifadə edirəm ki, onlara deyim – siz bunu
görmürsünüz. Ola bilsin nəzəriyyələrə inanmırsınız, amma təbiətin
qanunu olacaq – əgər siz qərbi burada əldən versəniz, kompasda
şimaldan başqa qütb qalmayacaq”, – o, deyib.