Sinoptiklər 18 fevral tarixindən havanın temperaturuun artacağı proqnozunu veriblər
18 fevral tarixində Gürcüstanda havanın temperaturu artacaq. Ətraf Mühitin Mühafizəsi Agentliyindən bildiriblər ki, Şərqi Gürcüstanda və paytaxtda 17 fevral tarixində az miqdarda qar yağacağı gözlənilir. 18,19, 20 fevral tarixlərində Qərbi və Şərqi Gürcüstanda havanın hərarəti artacaq.

Sabah Şərqi Gürcüstanda nisbətən aşağı temperatur, +2 - +7 dərəcə qeydə alınacaq. Kaxeti rayonunda qar da gözlənilir. Gecə şaxta qeydə alınacaq. Qərbi Gürcüstanda isə temperaturu +13 dərəcəyə qədər artacaq.

18 və 19 fevral tarixində bütün Gürcüstanda açıq hava şəraiti gözlənilir. Qərbdə gündüz temperatur +16 dərəcəyə qədər artacaq, Şərqi Gürcüstanda +13 dərəcə olacaq. Tbilisidə 18 fevral tarixində hərarətin +10 dərəcə olacağı gözlənilir. 19 fevral tarixində isə +14 dərəcə olacaq.

Mənbə: tv4.ge
Print Email
FaceBook Twitter Google