Xarici İşlər Nazirliyi Gürcüstan vətəndaşlarına İrana səfər etməkdən çəkinməyə çağırıb
XİN Gürcüstan vətəndaşlarını İranda koronavirusun yayılması səbəbindən bu ölkəyə səfərdən çəkinməyə çağırıb.

“Gürcüstan vətəndaşlarının diqqətinə!

Koronavirusun yayılması ilə bağlı yaranan vəziyyətdən irəli gələrək, bir müddət İrana səyahət etməkdən çəkinməynizi xahiş edirik.

İranda olan Gürcüstan vətəndaşları isə, ehtiyac yaranacağı təqdirdə Tehranda Gürcüstan səfirliyinin qaynar xətti ilə müraciət edə bilərlər: +989352110274; +989122997726; +989108201041”,
– Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd edək ki, İranda koronavirusdan 6 nəfər ölüb, yoluxanların sayı isə 28-ə yüksəlib.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google