Hökumət koronavirusa görə İrana uçuşları dayandırır
Gürcüstan hökuməti koronavirusun yayılma təhlükəsini nəzərə alaraq İranla uçuşları ləğv edib və müxtəlif ölçülər götürüb.

Gürcüstanın Xarici İşlər Nazirliyinin bəyanatına görə, hazırda koronovirusun ən yüksək yayılma təhlükəsi Çindən sonra İran İslam Respublikasında qeydə alınıb.

“Yaranmış vəziyyətdən irəli gələrək Gürcüstan hökuməti qərar qəbul edib ki, fiziki şəxsələrə İran İslam Respublikasından Gürcüstana və əksinə hərəkət etməyi məhdudlaşdırsın”, – Nazirlik yazır.

Hökumətin qərarına görə, indiki mərhələdə İrandan Gürcüstana sərnişinlərin gətirilməsi dayandırılacaq. Nazirliyin məlumatına görə, uçuş şirkətlərinin boş təyyarələrlə Gürcüstana daxil olmaq imkanı olacaq ki, turist olaraq burada olan İran vətəndaşlarını ölkəyə qaytara bilsin.

İndiki mərhələdə hərəkət üçün yalnız quru sərhəd açıq qalacaq, ancaq “ciddi məhdudiyyətlət təyin olunacaq və Gürcüstan hökuməti qeyd olunan istiqamətdə qonşu ölkələrlə fəal çalışır”.

Nazirlik eləcə də bəyanat verib ki, “hökumət hadisələrin inkişafını müşahidə edir və eləcə də qonşu ölkə Ermənistan və Azərbaycanla çalışmalara davam edəcək”.

“Gələcəkdə ehtiyac yaranarsa quru sərhəddin də bağlanması istisna deyil”, - nazirlik yazır.

Gürcüstan hökuməti Gürcüstan vətəndaşlarına xəbərdarlıq edir ki, İrana səfər etməkdən çəkinsinlər. İranda olan vətəndaşlara da müraciət edir ki, lazım olan halda Gürcüstanın Tehrandakı səfirliyinə müraciət edə bilərlər (+989 122 99 77 26 qaynar xətt nömrəsi).

Mənbə: Netgazeti
Print