Daxili İşlər Nazirliyi Qudauridə kafe-barlardan birinin sahibi və mühafizə əməkdaşı arasında baş vermiş münaqişə nəticəsində iki nəfəri həbs edib
Daxili İşlər Nazirliyi Qudauridə kafe-barlardan birinin sahibi və mühafizə əməkdaşı arasında baş vermiş münaqişəyə görə iki nəfəri həbs edib.

DİN-nin bəyanatında deyilir ki, iki ya daha çox şəxsə qarşı törədilmiş zorakılıq ittihamı ilə 1988-ci il təvəllüdlü V.C., mütəşəkkil qrup tərəfindən törədilmiş zorakılıq ittihamı ilə 1993-cü il təvəllüdlü Ş.E. saxlanılıb.

“Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis Departamentinin əməkdaşları aparılan operativ istintaq nəticəsində 1988-ci il təvəllüdlü V.C-nı iki ya daha çox şəxsə qarşı törədilmiş zorakılıq ittihamı, 1993-cü il təvəllüdlü Ş.E-ni mütəşəkkil qrup tərəfindən törədilmiş zorakılıq ittihamı ilə saxlayıb.

İstintaq nəticəsində aydın olub ki, cari ilin 23 fevral tarixində Qudauridə yerləşən kafe-barlardan birində, içkili vəziyyətdə olan V.C və həmin barın mühafizə xidmətinin bir neçə əməkdaşı, həmçinin, Ş.E. dalaşıb. V.C. kafe-barın sahibini fiziki və şifahi təhqir edib. Polis aparılan istintaq nəticəsində hadisənin səhəri günü V.C.-nı Mtsxetada. Ş.E-ni isə Qudauridə saxlayıb. Hadisədə iştirak edən başqa şəxslərə qarşı istintaq aparılır.

Baş verənlə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1-ci prima hissəsinin “b” və “q” altbəndləri ilə istintaq aparılır. Həmin maddələr iki ya daha çox şəxsə qarşı törədilmiş zorakılıq və mütəşəkkil qrup tərəfindən törədilmiş zorakılığı nəzərdə tutur”-
DİN-nin bəyanatında deyilir.


Print Email
FaceBook Twitter Google